Siyasi qrup: İslam İnqilabının rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei Əmir Hüseyn Fərdinin vəfatı münasibətilə başsağlığı müraciəti ünvanlayraq dedi: Bu bacarıqlı incəsənətçi və peşəkar Əmir Hüseyn Fərdi İslam İnqilabının təravətli və cavan şivini düşmənlər qarşısında möhkəm imanla və məqsədli şəkildə qorudu.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei Əmir Hüseyn Fərdinin vəfatı münasibətilə başsağlığı müraciəti ünvanlayıb.
Ali Dini Lider bu müraciətdə mücahid sənətkar və yazıçı Əmirhüseyn fərdinin dünyasını dəyişməsi münasibəti ilə inqilab ədəbiyyatı və sənəti sahəsində fəaliyyət göstərənlərə və o mərhumun ailəsinə baş sağlığı veriblər.
Əmirhüseyn Fərdi inqilab ədəbiyyətı sahəsində yazıçı, İslam İnqilabı Təşkilatının İncəsənət Mərkəzinin Ədəbi Yaradıcılıqlar bölməsinin müdiri, uşaqlar kitabına nəzarət heyətinə üzv, dastan ədəbiyyatı fondunun idarə heyətinə üzv, sənətkarları qiymətləndirən komitənin üzvü və Cəlal Ali Əhməd mükafatının elmi üzvü idi. Əmirhüseyn Fərdi cümə axşamı xəstəlik nəticəsində dünyasını dəyişib.
1218540