IQNA

İran İslam Respublikasının prezident seçkilərində iştirak etmək haqdan daha üstün və şəri bir təklif sayılır / Anti-İslam fətvalar vermək xəyanətdir

8:15 - May 04, 2013
Xəbər sayı: 2527605
Siyasi qrup: Ayətullah İmami Kaşani – Tehranın müvəqqəti İmam Cüməsi bu gün may ayının 3-də Tehranın Cümə namazının xütbələrində qarşıdan gələn seçkilərə işarə edərək dedi: Prezident seçkilərində iştirak etmək dünyanın başqa ölkələrində bir fərdin şəxsi və ictimai haqqıdır, amma İran İslam Respublikasının prezident seçkilərində iştirak etmək haqdan daha üstün və hər kəs üçün şəri bir təklif sayılır. Çünki bu gün İslam Respublikası düşmənlərin mühasirəsindədir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Məhəmməd İmami Kaşani – "Xübrəqan" (Ali Dini Rəhbər təyini) məclisinin üzvi və Tehranın müvəqqəti İmam Cüməsi, bu gün may ayının 3-də Tehranın Cümə namazının xütbələrində qarşıdan gələn seçkilərə işarə edərək dedi: Prezident seçkilərində iştirak etmək dünyanın başqa ölkələrində bir fərdin şəxsi və ictimai haqqıdır, amma İran İslam Respublikasının prezident seçkilərində iştirak etmək haqdan daha üstün və hər kəs üçün şəri bir təklif sayılır. Çünki bu gün İslam Respublikası düşmənlərin mühasirəsindədir.
O, çıxışının davamında İslami Oyanışın genişlənməsinin düşmənlərin dəhşətə düşmə amillərindən biri olduğunu bildirərək deyib: İslam dini adına müsəlmanlar arasında etnik məzhəb müharibələri haqda fitva verən müftilər, nəinki müsəlman deyillər, əksinə İslam dini və müsəlmanlara xəyanət edən şəxslər? habelə imperializm və sionizmin muzdlularıdırlar".
Bəzi islam ölkələrində baş verən cari toqquşmalara və aqressiv hərəkətlərə toxunan Tehranın müvəqqəti imam cüməsi sonra deyib: "Bu ixtilaf yaratmalar düşmənlərin islam dininə zərbə vurmaq məqsədilə olan fitnəkar planlarıdır, buna görə də müsəlmanlar bu nəhs-fitnəkar planlar haqda ayıq olmalıdırlar".
Əziz İslam Peyğəmbərinin (s.ə.s) müsəlmanlar arasında vəhdət və birliyin qorunmasının zəruri təkidlərinə işarə edən Ayətullah Məhəmməd İmami Kaşani sonra deyib: " Əziz İslam Peyğəmbəri (s.ə.s) bir müsəlmanın başqa müsəlmanın canına hücumunu haram biliblər".
Tehranın cümə namazı xətibi sonra deyib: " Müsəlmanlar məzhəb təəssübkeşliyindən uzaq olaraq, düşmənlərin islam əleyhinə olan fitnəkar planlarının tələsinə düşməməlidirlər və hamı, həm sünnilər, həm də şiələr vəhdətlə Quran-Kərim və islam təfəkkürünə zidd olan düşmənlərin məkrli planları qarşısında möhkəm dayanmalıdırlar".
Ayətullah Məhəmməd İmami Kaşani həmçinin Əziz İslam Peyğəmbərinin hörmətli qızı Xanım Fatimə-Zəhranın(s) viladətinin ildönümü günü münasibəti ilə bütün müsəlmanları təbrik edib, Qadınlar Günü, Fəhlə və Müəllim günlərini əziz saxlayaraq, qadınlar, fəhlələr və müəllimlərin yerini islam dinində olduqca yüksək olduğunu bildirib.
Tehranın cümə namazı xitabətçisi həmçinin bütün İran xalqının İranda 11-ci prezident seçkilərində iştirak etmələrini dini vacib məsələ, habelə düşmənlərin fitnəkar planları ilə qarşılaşmaq çərçivəsində bir vəzifə olduğunu bildirib.
İran xalqının prezident seçkilərində iştirakının əhəmiyyətinə toxunan Ayətullah İmami Kaşani sonra deyib: "Düşmənlərin müxtəlif fitnəkar planlarla İran İslam Respublikasını zəiflətmək istədiyi bir şəraitdə İran xalqının seçkilərdə əzəmətli formada iştirak etməsi xüsusi əhəmiyyətə malikdir".
Tehranın cümə namazı xətibi sonra deyib: "İran xalqını prezident seçkilərində geniş və əzəmətli formada iştirak etməsi düşmənlərin məyus olmalarına və onların islami İrana qarşı məkrli planları üçün ağır bir məğlubiyyət olacaqdır".
Ayətullah İmami Kaşani İrandakı prezident seçkilərində iştirak edən namizədlərə xitabən İran xalqının müdrik, qüdrətli və olduqca yüksək idarəçilik qabiliyyətinə malik olması zərurətini qeyd edərək, deyib: "Prezident seçkilərində iştirak edən namizədlər tam sədaqətlə mövcud imkanlara əsasən öz proqramları və prioritetləri barədə xalqı məlumatlandırmalıdırlar və həm seçkilərdən öncə, həm də qələbə çaldıqdan sonra bu prosesə riayət etməlidirlər".
1221923
captcha