İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Seyid Əhməd Xatəmi - Tehranın Cümə Namazının müvəqqəti İmamı və "Xübrəgan" (Ali Dini Rəhbər Təyini) məclisinin üzvi, bu gün may ayının 10-da Tehranın Cümə namazının xütbələrində mübarək Rəcəb ayının yaxınlaşması münasibətilə bu ayının rəhmət və məğfirət ayı olduğuna işarə edərək insanları bu ayda Allaha yaxın olmağa, dua və ibadətlər etməyə çağırdı.
Sonra o, qarşıdan gələn prezident seçkilərinə işarə edək İslam dininə inanma, Vilayəti-Fəqihə tabe olma, əxlaqiyyata malik olma və qanuna bağlı olmanı İranın gələcək prezidentinin ən mühüm prinsiplərindən adlandırıb.
Tehranın cümə namazı xitabətçisi Ayətullah Seyid Əhməd Xatəmi sonra deyib: "Əgər İran xalqının seçdiyi prezident İslam dininin dəyərlərinə və Vilayəti-Fəqihə inanıb, qanuna tabe olsa, heç vaxt düşmənlərin fitnəkar planlarının tələsinə düşməz və hədələr qarşısında geri oturmaz".
Ayətullah Xatəmi İranın gələcək prezidentini seçməyin, yüksək diqqət və bəsirətə ehtiyaclı olduğunu bildirərək, deyib: " Əgər İran xalqı seçkilərdə iştirak edən namizədləri seçib, onlar haqda araşdırmalar aparsalar, şübhəsiz ən münasib şəxs seçiləcəkdir".
Tehranın cümə namazı xitabətçisi İran xalqının 2013-cü il iyun ayında keçiriləcək prezident seçkilərində İran xalqının əzəmətli və zövq-şövqlü iştirakının qarşısını almaq üçün, müstəmləkəçilik və beynəlxalq sionizmin cəhdlər həyata keçirməsinə də işarə edib.
"Beynəlxalq qüdrətlər İranda seçkilərin guya azad olmaması şübhəsini yaratmaqla bu əzəmətli prosesə xələl vurmaq niyyətindədirlər. Amma, İran xalqı 14 iyunda ən böyük qəhrəmanlığı yaratmaqla , dünya xalqını heyrətdə qoyacaqdır" –deyə Ayətullah Seyid Əhməd Xatəmi sözlərini davam etdirib.
İran xalqının seçkilərdəki əzəmətli iştirakının olduqca mühüm və birinci dərəcəli məsələlərdən olduğunu bildirərək, deyib: " Bu prosesdə iştirak, İran İslam Respublikası Quruluşu prinsipinə sadiq və bağlı olmağın nişanəsidir".
Tehranın cümə namazı xətibi həmçinin, Suriyada baş verən son hadisələr habelə Əziz İslam Peyğəmbəri(s.ə.s)-in səhabələrindən olan Hücr İbn Üdəyin qəbrinə hörmətsizliyə də münasibət bildirib".
"Bu əməlin pislənilməsi istiqamətində Süni və Şiə din alimlərinin reaksiyaları göstərdi ki, bu din alimləri məzhəb zəminindəki fitnəkarlıqlar qarşısında müştərək mövqeyə malikdirlər" - deyə Ayətullah Seyid Əhməd Xatəmi qeyd edib.
Sionist İsrail rejiminin Suriya torpağına olan son hücumu haqda danışan Tehranın cümə namazı xitabətçisi sonra deyib: "Bu hücum, suriyalı müxaliflərin xəyanəti və onların Suriya xalqına qarşı sionist rejimlə əməkdaşlıq etmələrini hamıya sübut etdi".
1225637