IQNA

Seçkilərdə millət və düşmənlərin təzadlı hədəfləri aydınlaşdırılmalı və ən layiqli şəxsi seçmək üçün meyarlar izah edilməlidir

23:48 - May 15, 2013
Xəbər sayı: 2534293
Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei bu gün İran xalqının müxtəlif ictimai təbəqələrə aid olan nümayəndələri ilə görüşündə qarşıdan gələn prezident seçkilərini İran xalqı üçün yeni bir iftixar yaradacaq imtahan sayaraq vurğuladı: "Seçkilərdə millət və düşmənlərin təzadlı hədəfləri aydınlaşdırılmalı və ən layiqli şəxsi seçmək üçün meyarlar izah edilməlidir".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Böyük Rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei bu gün 15 may İran xalqının müxtəlif ictimai təbəqələrə aid olan nümayəndələri ilə görüşündə cavanları Rəcəb ayının mənəvi ab-havasından faydalanmağa tövsiyə etdi və qarşıdan gələn (14 iyun) prezident seçkilərini İran xalqı üçün yeni bir iftixar yaradacaq imtahan sayaraq vurğuladı: "Seçkilərdə millət və düşmənlərin təzadlı hədəfləri aydınlaşdırılmalı və ən layiqli şəxsi seçmək üçün meyarlar izah edilməlidir".
Nəzarət Şurası prezidentliye ən layiqli olanlara seçkilərdə iştirak etmək hüququ verəcəkdir. Xalq isə bunların arasından daha layiqini ölkənin işlərini idarə etmək üçün seçməlidir. Xalqın seçdiyi şəxs mömin, ləyaqətli, pakizə, möhəm iradəli, inqilabçı və İranın inkişafı uğurunda cihad edəcək biri olmalıdır.
Həzrət Ayətullahəl-Üzma Xamenei "Bu seçkilərdə İran xalqı və bu xalqın düşmənlərinin ziddiyyətli hədəfləri"-ni şərh edərək belə vurğulayıblar : Bu seçkilərdə bir nəfər xalqın səsi ilə 4 il müddətində ölkənin taleyi və əsas məsələlərinə hakim olacaq , amma bu şəxsin bəzi düzgün və qeyri-düzgün qərarları hətta gələcək illərdə də ölkəyə təsir göstər bilər.Bu həqiqət də prezident seçkilərinin çox mühüm olduğunu göstərir.
İslam İnqilabının Böyük Rəhbəri 24 xordad , 14 iyun seçkilərinin iki qat əhəmiyyətini bildirərək belə əlavə ediblər : Seçkilərə təqribən bir aylıq bir müddət qalmasına rəğmən bu mövzu mühüm beynəlxalq bir məsələyə çevrilib və beynəlxalq düşüncə otaqları və İran düşmənləri hətta bu məsələnin hazırlıq işlərini belə diqqətlə izləməkdədirlər.
Düşmənlərin bu seçkilərdə İran xalqının hədəfləri ilə tam ziddiyyətdə olan hədəfləri izlədiklərini bildirən Həzrət Ayətullahəl-Üzma Xamenei sonra belə buyurublar : İran xalqı ölkəni maddi və mənəvi ərsələrdə daha artıq sürətlə irəlilədə bilən və mövcud problemləri həll edib , daha yaxşı və daha rifahlı həyatı yaratmaqla " xalqın böyük rəğbəti və ümidi " sayəsində İranın izzət və istiqlaliyyətlini daha artıq yüksəldə bilən daha münasib şəxsi seçmək ardıncadır.
İslam İnqilabının Böyük Rəhbəri sonra belə əlavə ediblər : Düşmənlər seçkiləri rövnəqsiz etmək üzrə cəhdlərlə eyni zamanda İran xalqının nəzərdə tutduğu meyarlara malik olmayan şəxsin ardıncadırlar və beləliklə İranı müxtəlif ərsələrdə asılılıq , zəiflik və geridə saxlamağa habelə əcnəbilərin siyasətləri istiqamətində qərar verməyə səyi göstərirlər.
İslam İnqilabının Böyük Rəhbəri sonra bildiriblər : Əcnəbilər birinci olaraq seçkilərin keçirilməməsini istəyirdilər.Amma hazırda bu işə müvəffəq olmadıqlarına görə seçkiləri rövnəqsiz etmək və xalqın seçiminə təsir etmək habelə xalqı məyus etmək ardıncadırlar.
Xalqı seçkilərdə iştirak etməkdən ümidsiz etməyin düşmənin əsas taktikalarından olduğunu bildirən Həzrət Ayətullahəl-Üzma Xamenei sonra belə əlavə ediblər : Düşmənlər ümumi fikrə səsvermə və seçkilərdə iştirak etmənin faydasız olmasını təlqin etməyə cəhd göstərirlər.
İslam İnqilabının Böyük Rəhbəri sionistlərin nəhəng mediaları və xəbər agentliklərinin son həftələrdəki hərəkətlərinə işarə edərək belə əlavə ediblər : Ölkənin vəziyyətini böhranlı göstərmək , problemləri şişirtmək , problemlərin həll edilməsi haqda məyusluq və ümidsizliyi təlqin etmək və xalqın gələcəyini qaranlıq göstərmək , böyük yalançılıq və təhrif şəbəkəsinin İran seçkilərini rövnəqsiz etmək istiqamətində gündəmə gətirdiyi metodlarıdır.
1228850
captcha