Siyasi qrup: İran İslam Respublikasının Ali İslam Şurasının (Milli Məclis) qərara aldığı yeni qanuna əsasən Dini Azlıqların dini məkanları (kilsə və məbədlər), Məscidlər, Quran evləri, Hüseyniyyələr və Dini Elmi Hövzələr istifadə etdikləri kommunal xidmətlərin pulunu - su, gaz və elektrik enerjisi pulu, ödəməyəcəklər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikasının Ali İslam Şurasının (Milli Məclis) 1392-ci ilin dövlət büdcəsinin gəlir mənbəyi layihəsinin yoxlanılması iclasında qərara aldığı yeni qanuna əsasən Dini Azlıqların dini məkanları (kilsə və məbədlər), Məscidlər, Quran evləri, Hüseyniyyələr və Dini Elmi Hövzələr istifadə etdikləri kommunal xidmətlərin pulunu - su, gaz və elektrik enerjisi pulu, ödəməyəcəklər.
Bundan öcəki qanuna əsasən Dini Azlıqların dini məkanları (kilsə və məbədlər), Məscidlər, Quran evləri, Hüseyniyyələr və Dini Elmi Hövzələr istifadə etdikləri kommunal xidmətlərin pulunun 30 faizini ödəyirdilər ki, Ali İslam Şurası Məclisinin yeri qərarına əsasən qeyd olunan məkanlar bu 30 faiz ödəmədən də azad olundular.
Höccətül-İslam vəl Müslimin Seyid Nasir Musəvi Largani qanun layihəsində ki, 70 faiz güzəşt maddəsinin silinməsi və kommunal xidmətlərin dini məkanlar üçün tam güzəştli və pulsuz olunmasında dini məkanlarda mədəni işlərin genişləndirilməsini, bu məkanların izdihamlı olmasını və əhalinin bu cür məkanlardan daha çox istifadə etməsini səbəb və hədəf olaraq bildirib.
Məhəmməd Qəsim Osmani bildirdi: Dini Azlıqların dini məkanları (kilsə və məbədlər), Məscidlər, Quran evləri, Hüseyniyyələr və Dini Elmi Hövzələr istifadə etdikləri kommunal xidmətləri ödənişsiz etmək bu məkanlar üçün edə biləcəyimiz ən kiçik işdir.
İran İslam Respublikasının Ali İslam Şurası (Milli Məclis) 1392-ci şəmsi (günəş) ilinin (2013-2014) dövlət büdcəsinin gəlir mənbələrinin yoxlanılması iclasının ikinci iclasında 1392-ci ilin büdcə qanuna əlavə edilən 11-ci bəndə əsasən Dini Azlıqların dini məkanları (kilsə və məbədlər), Məscidlər, Quran evləri, Hüseyniyyələr və Dini Elmi Hövzələrin istifadə etdikləri kommunal xidmətləri ödənişsiz etdi.
1229749