IQNA

Təkfiri Vəhabilərin terrorist əməliyyatlarını məhkum etmək üçün Cümə namazları şiə və sünnilər arasında müştərək qılınsın

0:46 - May 21, 2013
Xəbər sayı: 2536399
Beynəlxalq qrup: Nuri Maliki – İraqın Baş Naziri, may ayının 19-da bəzi qruplaşmaların İraqda məzhəb savaşı yaratmaq istəklərinə reaksiya göstərərək Təkfiri Vəhabilərin terrorist əməliyyatlarını məhkum etmək üçün Cümə namazlarının şiə və sünnilər arasında müştərək qılınmasını tələb edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "yevronyuz" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Nuri Maliki – İraqın Baş Naziri, İraqda baş verən ardıcıl partlayışların ardınca may ayının 19-da bəzi qruplaşmaların İraqda məzhəb savaşı yaratmaq istəklərinə reaksiya göstərərək Təkfiri Vəhabilərin terrorist əməliyyatlarını məhkum etmək üçün müsəlmanlardan Bağdad məscidlərində Cümə namazlarının şiə və sünnilər arasında müştərək qılınmasını tələb edib.
Nuri Maliki – İraqın Baş Naziri, Təkfiri Vəhabilərin terrorist əməliyyatlarını məhkum etmək üçün müsəlmanlardan Bağdad məscidlərində Cümə namazlarının şiə və sünnilər arasında müştərək qılınmasını istəyərək vurğulayıb: "Məscidlərə terror hücumları edənlər şiə və sünnilərin düşmənləridir və İraqda məzhəb və tayda savaşı yaratmaq istəyirlər".
Keçən həftələr ərzində şiə və sünni məscidlərində partlayışlar nəticəsində çoxlu sayda iraqlı həyatını itirib və bədən xəsarəti alaraq yaralanıblar. Təkcə Cümə günü İraqın paytaxtı Bağdadın şimal və cənubunda məscidlərə olunan hücumlar nəticəsində 50 nəfərdək insan həyatını itirib.
1230755
captcha