İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) KUNA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Dünən may ayının 21-də Küveytdə Hindistanın İslami irsi mövzusunda tarixi və dini məkanları ehtiva edən fotoşəkil sərgisi keçirilib.
Sərginin açılış mərasimi Məhəmməd Əl-Əsusinin – Küveytin Milli Mədəniyyət və İncəsənət Şurasının baş katibinin müavini, iştirakı ilə Küveytin "Əhməd əd-Dəvani" sərgi salonunda keçirilib.
Bu sərginin açılış mərasimində Satish C. Mehta – Hindistanın Küveytdəki səfiri, və Benoy K. Behl – sərgidə tamaşaya qoyulan fotoşəkillərinin müəllifi və Hindistanın məşhur fotoqrafı, iştirak ediblər.
Bu sərgidə Hindistanın İslami irsi, incəsənəti, mədəniyyəti və tarixinə aid olan sabit və mütəhərrik fotoşəkillər tamaşa qoyulmuşdur. Şəkillərdə Hindistanda uzun illər öz təsirini qoymuş və Hindistan üçün qızıl dövr sayılan İslam memarlığı, incəsənət və mədəniyyəti öz əksini tapmışdır.
1232280