Beynəlxalq qrup: "Şeyxul-Fitnə" adı ilə məşhurlaşan Yusif Qərzavi – Dünya Müsəlmanları Birliyinin rəisi, dünən may ayının 31-də günortadan sonra özünün axmaq, kinəli, məntiqsiz və qeyri-obyektiv bir çıxışında Livan Hizbullah Hərəkatının baş katibini, Suriya Ələvilərini və İranı təhqir edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Cəzirə" peyk kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə "Şeyxul-Fitnə" adı ilə məşhurlaşan Yusif Qərzavi – Dünya Müsəlmanları Birliyinin rəisi, dünən may ayının 31-də günortadan sonra Qətərin paytaxtı Duhedə keçirilən guya "Suriya Xalqı ilə birlik" festivalında özünün axmaq, kinəli, məntiqsiz və qeyri-obyektiv bir çıxışında Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahı "şeytan hizbinin rəisi və tağutun (zalimin) köməkçisi adlandırıb və iddia edib ki, Suriya İnqilabı Allahı yaddan çıxarmış və şeytanın qalib olduğu Hizbullah hərəkatının iç üzünü aşkar etdi!
O, öz axmaq və məntiqsiz çıxışında Suriya Ələvilərini təhqir edərək deyib ki, onlar məsihi və yəhudilərdən də kafirdirlər.
O, dünya müsəlmanlarından istəyib ki, Hizbullah ilə döyüşmək üçün Suriyaya Əl-Qüseyr şəhərinə getsinlər. İranı təhqir edib.
Qərzavi amerikalı ağalarına sadiq qul olduğunu göstərmək üçün çox axmaq və ağılsız bir iddia edərək deyib: Şiələr sünniləri qətliam etmək üçün öz sərvətlərini Suriyada xərcləyirlər!
Bu bir haldadır ki, Suriyalı şiə və sünni vətəndaşları evlərindən avara salan, onları və körpə uşaqları qətliam edən "ən-nüsrə" və "əl-qaidə" terroristləridir.
Qərzavi bu çıxışı ilə müsəlmanların arasına fitnə salmaqda amerikalı ağalarına bir daha onlara sadiq qul olduğunu sübut etdi!
1236602