IQNA

İslami Həmkarlıq Təşkilatı sionist rejimin Qüdsdə yeni yaşayış məntəqələri tikməsi və genişləndirməsini pislədi

9:10 - June 04, 2013
Xəbər sayı: 2543154
Beynəlxalq qrup: İslami Həmkarlıq Təşkilatı sionist rejimin Qüdsdə on bir min mənzilli yeni yaşayış məntəqələri tikməsi və genişləndirməsi barədə qərarını kəskin şəkildə məhkum etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "OCİ" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Əkmələddin Ehsanoğlu - İslami Həmkarlıq Təşkilatı baş katibi, bəyaniyyə yayaraq sionist rejimin Qüdsdə və işğal olunmuş ərazilərdə on bir min mənzilli yeni yaşayış məntəqələri tikməsi və qəsəbələrin genişləndirilməsi barədə qərarını kəskin şəkildə məhkum etdi.
Əkmələddin Ehsanoğlu - İslami Həmkarlıq Təşkilatı baş katibi, Qüds məsələsinin bu təşkilatın proqramlarında əsas məsələ olduğuna işarə edərək bildirib ki, İsrail rejimi qəsəbə salma siyasəti ilə fələstinlilərin bütün izlərini Qüds şəhərindən silmək istəyir.
Sionistlərin qəsəbə salma və genişləndirmə işlərinin hamısı qeyri-qanuni və beynəlxalq qanunların aşkar və kobud şəkildə ayaq altına atılmasıdır.
Əkmələddin Ehsanoğlu - İslami Həmkarlıq Təşkilatı baş katibi, dünya ictimaiyyətindən istəyib ki, qanunların icra olunması üçün sionistləri Fələstinin işğal olunmuş ərazilərində və Qüdsdə qeyri-qanuni qəsəbə salma planını dayandırmağa vadar etsinlər!

1237990
captcha