IQNA

İslam İnqilabının Böyük Rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) vəfatının 24-cü ildönümü mərasimi

9:36 - June 04, 2013
Xəbər sayı: 2543160
Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) vəfatının 24-cü ildönümü mərasimi bu gün səhər saatlarında İranın bütün şəhərlərindən bir gün öncədən Həzrət İmam Xomeyninin (r.ə) ziyarətgahına axışıb gəlmiş inqilabsevərlərin izdihamlı iştirakı ilə başldaı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İslam İnqilabının Böyük Rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) vəfatının 24 – cü ildönümü mərasimi bu gün (4 iyun) səhər saatlarında (9:00) İranın bütün şəhərlərindən bir gün öncədən Həzət İmam Xomeyninin (r.ə) ziyarətgahına axışıb gəlmiş inqilabsevərlərin izdihamlı iştirakı ilə başldaı.
Bu mərasimdə Ali Dini Lider Həzrət Ayətullah İmam Xamenei, İranın Prezidenti, Milli Məclisin sədri, Ali Baş Məhkəmə, dövlət rəsmiləri, Milli Məclisin nümayəndələri, Ordu Başçıları, Həzrət İmam Xomeyninin (r.ə) ailə mənsubları, xarici ölkə səfirləri və başqalrı iştirak edirlər.
Mərasim Qurani-Kərimin tilavəti ilə başladı. Mədhiyyəçi mərsiyəxanlıq etdikdən sonra Həzrət İmam Xomeyninin (r.ə) nəvəsi Seyid Həsən Xomeyni çıxış etdi. Yaxın saatlarda Ali Dini Lider Həzrət Ayətullah İmam Xameneinin İran xalqı qarşısında çıxışı gözlənilir.
Mərasimin təşkilatçılarının verdiyi məlumata əsasən Həzrət İmam Xomeyninin (r.ə) vəfatının 24-cü il dönümündə çoxunu cavanlar təşkil edən bir milyon civarında ziyarətçi və 263 nəfər rəsmi dəvət olunmuş xarici qonaq var.
1238479
captcha