İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu gün Cümə günü (7 iyun) səhər saatlarında İran İslam Respublikasında keçən Cümə günündən bu Cümə gününədək 28 müsəlman ölkəsinin iştirakı ilə keçirilən Beynəlxalq Quran Yarışlarının 30-cu turu finalçı Quran qiraətçiləri və Quran hafizlərinin rəqabətindən sonra sona çatdı. Hal-hazırda yarış iştirakçıları qaliblərin adlarının elan olunmasının intizarındadırlar.
Keçə Cümə günü başlayan yarış bu gün finalistlərin yarışından sonra Misirli məşhur Quran qarisi Şəhat Məhəmməd Ənvərin Quran tilavəti ilə sona yetdi.
Bu gün səhər yarışların son günü İraq, Nigeriya, Əfqanıstan, İran, Serilanka və Malaziyadan olan Quran hafizləri finalda yarışdılar.
Həmçinin Quran qiraəti üzrə İran, Almaniya, Suriya və Əfqanıstandan olan Quran qiraətçiləri finalda yarışdılar.
Yarışlarda Azərbaycandan Quran qiraəti üzrə Ruslan Qasımov iştirak etmişdir.
Xatırladaq ki, İran İslam Respublikasında keçirilən Beynəlxalq Quran Yarışlarının 30-cu turu yekun mərasimi bu gün (cümə, 7 iyun) Tehranda keçiriləcəkdir.
1238786