Təfəkkür qrupu: Şübhəsiz ki, bəzi qeyri-məşhur, Quran və Sünnətin xilafına olan fətvalar məzhəbi qarşıdurmaların dəlili və müsəlmanlar arasında fitnə, kinə və düşmənçilik yardan əsas amildir. Əgər İslamı sevən müsəlman alimlər bu cür fətvaları məhkum etməsələr ümmət arasənda elə bir şər qapı açılacaq ki, onu bağlamaq mümkün olmayacaq.
İQNA-nın (Beynəlxalq Qurab Xəbər Agentliyi) Qum şəhəri şöbəsinin verdiyi xəbərə görə Ayətullah Üzma Cəfər Sübhani Misirdəki hadisələr və Şeyx Həsən Şəhatənin - Misr Şiələrinin Rəhbəri, və onun məsləkdaşlarının şəhadəti ilə bağlı ərəbcə verdiyi ismarıcda sələfi və vəhabilərin bu mənfur əməlini kəskin şəkildə məhkum edib.
Bu ismarıcda deyilir:
“Böyük mücahid və dəyərli ustad Şeyx Həsən Şəhatənin və Əhli-Beyt (ə) məktəbinin layiqli davamçıları olan üç nəfər silahdaşının Misirdə böyük şeytan Amerika və Sionist rejiminə bağlı olan təkfirçi qrupları tərəfindən İslam ümməti arasında fitnə və çaxnaşma salması hədəfi ilə şəhid edilməsi xəbərini eştidik.
Bu qəmli faciəni İmam Mehdi Sahib Zaman (ə.f) təsliyət deyirəm və İslam dünyasının və Əl-Əzhərin alim və ustadlarından və Misir xaqlından istəyirəm ki, Ərəb və İslam dünyasını məhv etmək istəyən bu cür şər qrupların qarşısında dayansınlar. Onların xəbis və pis niyyətlərinin həyata keçməsinin qarşısını alsınlar. Onlar bu cür proqramlarla İslami və insani dəyərləri, müsəlmanların təhlükəsizliyini hədəfə alıblar. Onların bu hədəfləri gərək rüsvay olunsun.
Şübhəsiz ki, bəzi qeyri-məşhur, Quran və Sünnətin xilafına olan fətvalar məzhəbi qarşıdurmaların dəlili və müsəlmanlar arasında fitnə, kinə və düşmənçilik yardan və qadın və uşaqlara qarşı törədilən vəhşiliklərin əsas amildir. Əgər İslamı sevən müsəlman alimlər bu cür fətvaları məhkum etməsələr ümmət arasənda elə bir şər qapı açılacaq ki, onu bağlamaq mümkün olmayacaq.
Bu cür fətvaların qarşısı alınmasa bu cinayət və vəhşiliklər davam edəcək və bir gün bu cür fətvaları verənlərin öz yaxısını da tutacaqdır”.
1248976