IQNA

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycanın İslami informasiya vasitələri ilə əməkdaşlıq etməyə hazırdır

17:01 - July 03, 2013
Xəbər sayı: 2556140
Beynəlxalq qrup: Seyid Mehdi Təqəvi – İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) baş icraçı direktoru, Beynəlxalq Quran Xəbər Agentliyinin Azərbaycanın İslami informasiya vasitələri ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayaraq dedi: Bu əməkdaşlıq Quran Ümmətinin oyanışında və İslami birliyin gücləndirilməsində mühüm stimul ola bilər.
Höcctəül-İslam vəl-müslimin Seyid Mehdi Təqəvi – İQNA-nın baş icraçı direktoru və İİR-nın Universitetlərində Quran Fəaliyyətləri Təşkilatının rəisi, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin uzaq keçmişə malik olduğunu bildirərək dedi:
"Siyasi və geosiyasət baxımdan iki ölkənin çox yaxın əlaqələrinin olmasından əlavə daha bir önəmli amil və komponent bu iki ölkəni bir-birinə sıx bağlayır ki, bu da Müqəddəs İslam dinidir.
Azərbaycan respublikasının 95 faizini təşkil edən müsəlman azərbaycanlılar da iranlılar kimi dərin dini köklərə malik olaraq dini və məzhəbi əqidələrində möhkəm və sadiqdirlər. Və həmişə iranlı qardaşları ilə səmimi və dostcasına əlaqələr saxlayıblar.
Bu ölkənin müsəlmanlarının dərin dini köklərə əsaslandırlarını sübut etmək üçün təkcə bu kifayətdir ki, azərbaycanlılar 70 il kommunist hakimiyyətinin zülm və dinsizliklərinə sinə gərərək öz din və məzhəblərinə sadiq qaldılar, onu qorudular və müstəqillik əldə etdikdən sonra yenidən İslami ayinlərin icrasına yeni həyat verdilər".
Seyid Mehdi Təqəvi iki dost və qardaş ölkənin əlaqələrinin daha da gücləndirilməsi və genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayaraq dedi: "İran İslam Respublikası və Azərbaycan Respublikalarının yaxşı münasibətlər qurması regionda sabitlik və ədalətin gücləndirilməsindən əlavə İslami birliyin də möhkəmlənməsində mühüm addım sayılır".
O dedi: "Əlbəttə, regionun və İslamın düşmənləri bu iki ölkənin yaxın və səmimi münasibətlərindən xoşhal olmayacaq və həmişə olduğu kimi iki müsəlman ölkə arasında fitnə və ixtilaf toxumu səpməyə çalışacaqlar. Düşmənlər bu yönəmdə çox öncədən işə başlamış və regionda məzhəbi və milli ayrı-seçkilik salmağa çalışır".
İQNA-nın baç icraçı direktoru xatırlatdı: "Baxmayaraq ki, tarixən Azərbyacanda məzhəblər və dinlər arasında heç vaxt məzhəbi çəkişmə və savaş olmayıb. Amma bununla belə yenə də ruhanilər və din alimləri ayıq-sayıq və bəsirətli və meydanda olmalı, məzhəbi çəkişmələr yarada biləcək hər cür addımın qarşısını almalıdırlar".
Höccətül-İslam vəl-müslimin Təqəvi dedi: Dövlətlər və millətlər arasında siyasi və mədəni əlaqələrin qurulmasını və gücləndirilməsini təşkil edən əsas stimullardan biri də KİV-lər (kütləvi informasiya vasitələri) hesab olunur.
KİV-lər təmsil etdikləri ölkənin siyasi və mədəni tutumlarını göstərir və başqalarına tanıtdırır və başqaları üçün siyasi və mədəni əlaqələr qurmağa şərait yaradır. Bu İran və Azərbaycan arasındakı siyasi, mədəni və dini münasibətlərdə də belədir.
O, sözlərinin davamında dedi: İran İslam Respublikası iftixar edir ki, İslam Dünyasında ilk peşəkar və ixtisaslaşdırılmış Beynəlxalq Quran Xəbər Agentliyi yaratmışdır. Hal-Hazırda bu xəbər agentliyi 42 dildə Quran və İslam xəbərlərini dünya səviyyəsində yayır. Azərbaycan dili də bu xəbər agentliyinin ən fəal bölmələrindən biridir.
Seyid Təqəvi vurğuladı: İslami KİV-lərin əməkdaşlığı İslam dünyası və müsəlmanlar arasında siyasi, mədəni və dini münasibətlərin yaranmasında əlavə Quran Ümmətinin oyanışında və İslami birliyin gücləndirilməsində mühüm stimul ola bilər. Bu da (İslami birilik və vəhdət) İslam dünyasına düşmənlərinin qarşısında dayanmağa böyük bir güc bəxş edəcəkdir.
Seyid Mehdi Təqəvi – İQNA-nın baş icraçı direktoru və İİR-nın Universitetlərində Quran Fəaliyyətləri Təşkilatının rəisi, müsahibəsinin sonunda dedi: İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycanın İslami informasiya vasitələri ilə əməkdaşlıq etməyə tam hazırdır.
1252245
captcha