İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə gərə Semnan əyalətinin İslami Təbliğat İdarəsinin rəisi Höccətül-İslam vəl-müslimin Şəkəri İQNA ilə müsahibəsində deyib: Bu gecə (27 iyul) birinci Qədr gecəsidir. Müqəddəs Qurani-Kərimin Həzrət Məhəmmədə (s) nazil olduğu gecə. Bu gecə özünün məxsus əməlləri və özəllikləri ilə başqa gecələrdən fərqlənir.
Qədr gecəsi İslama aid və məxsus olan gecələrdən deyil, bəlkə bu gecə İslamdan öncə də olmuşdur. Əllamə Məclisi "Biharul-Ənvar" kitabında yazır ki, Allah-Taala Qədr gecəsini yaradılışın əvvəlində yaratdı. Və bu gecədə varlığın ilk peyğəmbərini və birinci vəsini xəlq etdi.
Peyğəmbər (s) bir hədisdə buyurur: "Qədr gecəsinin fəziləti mənim ümmətim üçündür və öncəki ümmətlərdə bu fəzilət olmamışdır".
Bu gecənin əməlləridən aşağıdakılara işarə etmək olar:
Qüsl, gecəni oyaq qalıb ibadət etmək, yüz rəkət namaz qılmaq, İmam Hüseyni (ə) ziyarət etmək, Ənkəbut – Rum və Duxan surələrini oxumaq, Qədr surəsini min dəfə oxumaq, İmam Zaman ağanın (ə.f) zühurunun tezləşməsi üçün dua etmək.
Peyğəmbər (s) Ramazan axır on günü yatağını yığışdırar, ailədə yatanların üzünə su səpərdiki yuxudan ayılsınlar.
Dəaimul-İslam kitabında yazılıb ki, Həzrət Zəhra (s) Ramazan ayının 23-cü gecəsi heç kəsə icazə vermirdi yatsın. Bunun üçün ailəni gündüzdən hazırlayır, onlara iftar vaxtı az yemək verirdi ki, yatmasınlar. Və buyururdu: Rəhmətdən məhrum o kəsdir ki, bu gecəsinin xeyrindən faydalanmasın.
İmam Baqir (ə) buyurur: Qədr gecəsini oyaq qalıb yüz rəkət qılan adamın həyatı və dolanışığı asanlaşar, suda batmaq, yanmaq və oğurluq kimi bəlalardan uzaq olar. Qəbrdə sual mələklərindən qorxmaz. Behiştdə salehlər və peyğəmbərlərlə yoldaş olar.
Bu gecənin əməllərini kamil şəkildə bilmək üçün Məfatihul-Cinan və başqa dua kitablarına müraciət edə bilərsiniz.
1254643