Siyasi qrup: Dr. Mahmud Əhmədinejad - İran İslam Respublikasının keçmiş prezidenti, Ali Dini Lider Həzrət Ayətullah Xameneinin bugünki fərmanı ilə İran İslam Respublikasının "Hakimiyyətin Məsləhət Şurası"nın üzvü seçildi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Dr. Mahmud Əhmədinejad - İran İslam Respublikasının keçmiş prezidenti, Ali Dini Lider Həzrət Ayətullah Xameneinin bu gün (5 avqust 2013) verdiyi fərmanı ilə İran İslam Respublikasının "Hakimiyyətin Məsləhət Şurası"nın üzvü seçildi.
Fərmanın mətni:
Bismillahir-rəhmanir-rəhim
Cənab Doktor Mahmud Əhmədnejad
Sizin səkkiz illik prezidentlik məsuliyyətində misilsiz zəhmət və təcrübələrinizi nəzərə alaraq sizi İran İslam Respublikasının "Hakimiyyətin Məsləhət Şurası"nın üzvü vəzifəsinə təyin edirəm.
Sizin üçün Allahdan mücəffəqiyyətlər arzulayıram.
Seyid Əli Xamenei
13 Mordad 1392
6 Avqust 2013
1268766