İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam Respublikasının Ali Baş Məhkəməsinin sədri Ayətullah Amuli Laricani Mübarək Fitr Bayramı münasibəti ilə bəzi məhkumların cəzasının bağışlanması və yüngülləşdirilməsinə dair Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei cənablarına məktub ünvanlayıb.
Məktubda deyilir:
Bismillahir-rəhmanir-rəhim
İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei cənablarına
Mübarək Fitr Bayramı münasibəti ilə hüzurunuza salam və ehtiram hədiyyə edərək bildirirəm ki, İran İslam Respublikası konstitusiyasının 110-cu əslinin 11-ci bəndinin icrasına uyğun olaraq əfv fərmanı imzalamaq üçün gərəkən şərt və qaydalar hüzurunuza təqdim olunur ki, Zati Aliniz tərəfindən təsdiqini taparsa zindanlarımızda olan bir sıra məhkumlar göstərilən şərtlərə sahib olduları halda cəzalarının yüngülləşməsi və ya əfv fərmanından yararlansınlar...
A). Zindanda olan məhkumlar: ...
Məhkumiyyət vaxtı bir il olanların qalan müddəti, məhkumiyyət vaxtı 5 il olanların qalan vaxtının iki hissəsindən birinin bağışlanması...
Əbədi zindana məhkum olunmuşar əgər 15 il cəza çəkiblərsə qalan cəza vaxtlarının bağışlanması...
Səhvən cinayət törədənlərin qalan cəza vaxtlarının bağışlanması...
Övladlarının qəyyumluğu öhdələrinə düşən qadınların qalan cəza vaxtlarının bağışlanması...
Ağır, sağalmaz və ya keçici xəstəliyi olan məhkumların qalan cəza vaxtlarının bağışlanması...
Cinayət vaxtı yaşı on səkkiz yaşından aşağı olan məhkumların qalan cəza vaxtlarının bağışlanması...
Yaşı 65-i keçmiş kişi və 55-i keçmiş qadın məhkumların əgər 1 idlən 5 ilədək cəza çəkiblərsə qalan cəza vaxtlarının bağışlanması...
B). Nəqd cərimə ilə cəzalandıralnların ödəyəcəyi məbləğlərin bağışlanması və nəqd cərimələri ödəyə bilmədiyi üçün zindanda olanların qalan cəza vaxtlarının bağışlanması...
C). Əfvdən yararlanmaq şətləri:
1). Həbs müddətində və ya icazəli buraxılış vaxtlarında qəsdən yeni cinayət törətmiş olmasın
2). Xüsusi şikayətçisi olmasın
3). Aşaöıdakı məhkumlar əfv fərmanından yararlana bilməzlər:
- Silahlı oğurluq və ya oğurluq zamanı dinc əhalini incitmək
- Silahlı qaçaqçılıq və ya narkotik maddələrin külli surətdə satışı
- Silah və sursat qaçağı
- Daxili və xarici təhlükəsizlik əleyhinə iş görənlər
- Adam oğurluğu və insan alveri
- Namusa təcavüz
- Fəsad və pozğunluq mərkəzi yaradanlar
- Dələduzluq, dövlət əmlakını mənimsəmə, rüşvət
- Qızıl və pul saxtalaşdırmaq
- Spirtli içilərə aid cinayətlər
- İnsanların üzərinə kimyəvi yandırıcı maddələr səpmək
Vəl-əmru iləykum vəs-səlamu ələykum və rəhmətullahi və bərəkatuh
Sadiq Laricani
9 mordad 1392
Ali Dini Lider Həzrət Ayətullah Xameneinin fərmanı:
Bismillahir-rəhmanir-rəhim
Salam və ehtiramla Mübarək Fitr Bayramınızı təbrik edir və Cənab Alinizin əvf fərmanı ilə bağlı təklifiniz ilə razılığımı bildirirəm.
Vəs-səlami ələykum və rəhmətullah
Seyid Əli Xamenei
16 mordad 1392
8 avqust 2013
1270332