İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasim Süleymaninin anasının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:
Allahın adı ilə!
General Qasim Süleymani,
Əziz ananızın vəfatı ilə əlaqədar olaraq, Sizə və mərhumun digər qohumlarına başsağlığı verirəm. Cənabınızın İslam dininə və müsəlmanlara göstərdiyi dəyərli xidmətlər və çəkdiyi zəhmətlər, şübhəsiz ki, belə bir övlad yetişdirmiş ana üçün ilahi ədalət divanında dəyərli bir ehtiyatdır. Uca Yaradandan mərhumun ruhuna rəhmət və bağışlanma diləyirəm.
Seyid Əli Xamenei
19 şəhrivər 1392-ci il
10 sentyabr 2013-cü il
1285835