IQNA

15:16 - November 18, 2019
Xəbər sayı: 3486167
İslam düşmənlərinin regionda icra etmək istədikləri yeni məkirli plan region ölkələrinin xaqları arasında təfriqə yaratmaq, müqavimət qüvvələrini zəiflətmək və bu vasitə ilə Orta Şərqə hakim kəsilməkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Müsəlmanların Ali Dini Lideri və "Vəliyyi-Əmri-Müslimin" Həzrət Ayətullah Xameneinin Suriyadakı səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid Əbulfəzl Təbatəbai Əşkzəri İQNA ilə müsahibəsində imperialist düşmənlərin regionda icra etmək istədikləri planlarından danışdı.

O, Suriyanın həmişə müqavimət gücləri ilə birlikdə İslam düşmənlərinin qarşısında dayandığına işarə edərək dedi: İslam düşmənlərinin regionda icra etmək istədikləri yeni məkirli plan region ölkələrinin xaqları və məzhəbləri arasında təfriqə yaratmaq, müqavimət qüvvələrini zəiflətmək və bu vasitə ilə Orta Şərqə hakim kəsilməkdir.

"Vəliyyi-Əmri-Müslimin"in Suriyadakı nümayəndəsi bu ölkənin gələcəkdə üzləşə biləcəyi ən mühüm dini və mədəni problemlər barədə danışaraq vurğuladı: Bu məqamda biz bunu unutmamalıyıq ki, düşmən həmişə düşməndir, heç vaxt öz düşmənliyindən əl çəkməyəcək və hər dəfə geri çəkildikdə yeni bir taktika ilə hücuma keçəcək. Buna görə də düşmənin işlədəcəyi yeni taktikanı vaxtında görmək lazımdır. Hazırda da şübhəsiz ki, düşmən yeni taktikasını öz strategiyasını qorumaq üçün işə salıb. Düşmən müsəlmanları parçalayaraq müqaviməti zəiflətmək istəyir. Bunun üçün müxtəlif rçaklardan istifadə edir ki, region ölkələrində idarə olunmayacaq iğtişaşlar yaransın.

O vurğuladı: Bundan öncə də düşmən Suriyanın prezidenti Hafiz Əsədi İslam İnqilabından ayırmaq üçün çalışmış və buna nail olmamışdı. Bu gün Bəşşar Əsəd də bəsirət və dünyagörüşü ilə bu məsələni yaxşı dərk edib, bu imtahandan üzüağ çıxıb. İsrail ilə dostluq etsəydi bir çox dünyəvi uğurlar əldə edə bilərdi, amma etmədi. Bu onun müsəlmanları qorumaq üçün göstərdiyi güclü iradə, mücahidliyi və alicənablığıdır.

Höccətul-İslam vəl-müslimin Seyid Əbulfəzl Təbatəbai düşmənlərin İran və Suriya arasında təfriqə salmaq, mənfi fəza yaratmaq və məzhəblərarası savaşı qızışdırmaq planına işarə edərək dedi: Düşmənlər fərdləri və ölkələri gah təhdid və gahda tamahlandırma yolu ilə bir-birindən ayrı salmaq istəyirlər. Amma Suriyanın İslam yolundan dostluğu sarsılmazdır. Suriya həmişə müqavimət cəbhəsində olub.  

O əlavə etdi: İŞİD və əl-Qaidə kimi terrorçu cinayətkarların cinayətlərini görən xalq artıq onların xəbis niyyətlərini bilir və onlara qucaq açanlar da öz səhvlərini başa düşüblər. Hətta bu terror qruplaşmlarında olanların da bir çoxu dövlətə təslim oldular.   

https://iqna.ir/fa/news/3857662/

Teqlər: iqna ، suriya ، terror ، təfriqə ، orta şərq
Ad:
E-poçt:
* Comment: