IQNA

15:32 - May 19, 2020
Xəbər sayı: 3487262
Tehran (IQNA) - Sarayevo Universitetinin akademiki Haris Drusoviç "İslam İncəsənəti" jurnalındakı məqaləsində 1764-cü ilə aid olan Aminə Mustafa Çələbinin yazdığı Quran nüsxəsini təqdim edib.
Sarayevo Universitetinin akademiki Haris Drusoviç "İslam İncəsənəti" jurnalındakı məqaləsində 1764-cü ilə (256 il əvvəl) aid olan Aminə Mustafa Çələbinin yazdığı Quran nüsxəsini təqdim edib. 
Bu Quran Sarayevodakı Qazi Husrev bəy Kitabxanasında qorunur və bu kitabxananın ən vacib köhnə və qiymətli əsərlərindən biridir.
Quranın bu nüsxəsi qara mürəkkəbdən istifadə edilərək 250 səhifədə və "Nəsx" xəttində yazılıb. Tilavətə xas olan işarələr və surələrin adı qırmızı rəngdə qeyd edilib. Bu Quranın ilk səhifəsi zərlidir və bu nüsxədə səhifə nömrəsi yoxdur. Ancaq səhifələrin sırasını qarışdırmamaq və səhifələrini itirməmək üçün hər səhifənin ilk sözü əvvəlki səhifənin sonuna gətirilir və ayələr bağlanır.
Haris Drusoviç məqalədə belə yazır: "Aminə evdə xəttatlığı öyrəndi. Atasının adı Çələbi idi və "Çələbi" ləqəbi Sarayevoda hörmətli bir mövqe tuturdu. Aminənin atası qızının təhsili üçün xüsusi imkanlar yaratmağa çalışırdı. Aminə Quran yazarkən düzgün yazı qaydalarından istifadə edərək bu nüsxəyə qiraət və tilavət işarələrini əlavə edib. Bundan əlavə, bu Quranın estetik dəyəri var.
Aminə Çələbi adını Quranın son səhifəsinə yazıb və hazırda mövcud olmayan Sarayevonun Zabuljak bölgəsində Quranı tamamladığını bildirib və bu Quranı oxuyanlardan onun ruhuna "Fatihə" oxunmasını istəyib."
Ad:
E-poçt:
* Comment:
* captcha: