IQNA

Müsəlmanlardan sonra xristianlar da Hindu millətçilərinin hədəfi oldu

20:27 - December 13, 2021
Xəbər sayı: 3491363
Milad ərəfəsində Hindistanın xristian məktəblərinə və kilsələrinə edilən hücumlar ölkədəki xristianların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

"İQNA", "Euronews"-a istinadən xəbər verir ki, Son günlər ekstremist millətçilərin Hindistanda xristian mərkəzlərinə bir neçə hücumu olub. Ən sonuncusu cümə axşamı, dekabrın 9-da baş verib. O gün ifrat sağçı təşkilatların üzvləri Haryananın Rotek bölgəsindəki kilsəyə girməyə cəhd ediblər. Lakin polis onları dayandırıb. Buna səbəb olaraq bu kilsədə dini müzakirələrin olması kimi göstərilib.

Bir neçə gün əvvəl də, Madhya Pradesh-in mərkəzindəki katolik məktəbinə 500-dən çox ekstremist hindu hücum edib. Məktəb rəhbərliyi polisə kömək üçün müraciət etsələr də, metal çubuqlar və daşlarla silahlanmış qəzəbli kütlə məktəbi dağıtmağa müvəffəq olub.

Hindistanın xristian icmasına qarşı artan hücumlar o zaman ölkənin katolik azlığını daha çox narahat edər ki, bu tendensiya, hakim partiyanın siyasəti çərçivəsində olsun. Hindistan Katolik Kilsəsinin rəsmiləri müsəlmanlardan sonra "Hinduizmin" növbəti qurbanlarının xristianlar olacağından qorxurlar.

Hindistanda təxminən 28 milyon xristian var. Xristianlıq Hinduizm və İslamdan sonra üçüncü ən böyük dindir.

Ad:
E-poçt:
* Comment:
captcha