IQNA

Mosulda "Ər-Rabiiyyə" tarixi məscidinin yenidən qurulmasına başlanılıb

10:30 - July 03, 2022
Xəbər sayı: 3492494
İraqın Neynəva əyalətində Mosul şəhərinin qədim hissəsindəki tarixi "Ər-Rabiiyyə" məscidinin bərpa və yenidən qurulması layihəsinin ilkin mərhələsinə başlanılıb.

"İQNA", "Iraqi News"-a istinadən xəbər verir ki, Münaqişə Bölgələrində Tarixi İrsin Qorunması üzrə Beynəlxalq Birliyin (ALIPH) dəstəyi və Neynəva İrs və Qədim Əsərlərə Nəzarət İdarəsinin nəzarəti ilə Mosuldakı tarixi "Ər-Rabiiyyə" məscidinin bərpası işlərinə başlanılıb.

Bu yenidənqurma İraq Mədəniyyət, Turizm və Qədim Əsərlər Nazirliyinin arxeoloji obyektlərin (SBAH) qorunması üzrə Dövlət Qədim Əsərlər və Mədəni İrs Şurasının planının bir hissəsidir.

4067896

Ad:
E-poçt:
* Comment:
* :