IQNA

Oman müftisinin sionist rejimin Qəzzə və İordan çayının qərb sahilindəki təcavüzlərinə cavabı

2:24 - February 05, 2025
Xəbər sayı: 3497567
İQNA - Omanın baş müftisi İsrail rejiminin Qəzza zolağı və İordan çayının qərb sahilində fələstinlilərə qarşı təcavüzünü pisləyib.

"İQNA"-nın "Əl-Məsirə"-yə istinadən verdiyi məlumata görə, Omanın baş müftisi Şeyx Əhməd Əl-Xəlili İsrail rejiminin İordan çayının qərb sahilində, xüsusilə də Cenin düşərgəsində indiyədək çox sayda insanın şəhid olması və yaralanmasına səbəb olan təcavüzünü pisləyib.

Omanın baş müftisi həmçinin yardıma təcili ehtiyac olmasına baxmayaraq, İsrail rejiminin Qəzzaya humanitar yardım göndərilməsinin qarşısını almasını pisləyib.

O, dünyanın bütün azad insanları və vicdanı oyanmış insanları Fələstin davasına kömək etməyə və onu səxavətlə dəstəkləməyə, həmçinin sionist rejimlə bağlı hər şeyi boykot etməyə çağırıb.

İsrail ordusu son zamanlar İordan çayının qərb sahilindəki əməliyyatlarının əhatə dairəsini genişləndirib. İsrail hərbçiləri son zamanlar Cenin və Tulkərm şəhərləri və onların ətraf kəndlərinə hücumlarını gücləndirib və bu hücumlar zamanı çoxlu sayda Fələstin vətəndaşı şəhid olub və yaralanıb.

İsrail işğalının Qərb Sahilinin şimalındakı Cenin şəhəri və düşərgəsinə hücumu bu gün on beşinci gününə daxil olur, işğal isə 9-cu gündür ki, Tulkərm və düşərgəsinə hücumlarını davam etdirir və İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edir.

Bu, Fələstin Administrasiyasının rəhbərinin sözçüsü Nabil Aburdinənin işğalçıların fələstinliləri didərgin salmaq və onları etnik təmizləmə planlarına uyğun olaraq İordan çayının qərb sahilində Fələstin xalqına qarşı hücumların miqyasını genişləndirmək üzrə hərəkətləri barədə xəbərdarlıq etdiyi vaxta təsadüf edir.

Fələstin vətəndaşları və döyüşçüləri də sionist rejimin Qəzza zolağı və İordan çayının qərb sahilindəki cinayətlərinə cavab olaraq sionistlərin qarşısında dayanmaq üçün bütün imkanlardan istifadə ediblər.

4264092

captcha