IQNA

İspaniya səfirinin Hamed Şakirnejad ilə görüşü

14:27 - May 25, 2026
Xəbər sayı: 3500406
İQNA – İspaniyanın səfiri İran İslam Respublikasının “Quran səfiri” Hamed Şakirnejad ilə görüşündə İranın son günlərdə məruz qaldığı təcavüzü pisləyib və xalqlar arasında həmrəyliyin, eləcə də ilahi dinlərin zülm və zorakılığa qarşı mübarizədə oynadığı rolu vurğulayıb.

“İQNA”-nın Quran Diplomatiya Fondunun mətbuat xidmətinə istinadən verdiyi xəbər ə görə, İspaniya səfiri Antonio Sançes Bendito Qaspar görüşdə İranın tarixi və sivilizasiya irsinə toxunaraq deyib: 

“İran çox qədim və böyük bir sivilizasiyaya malik ölkədir və ədalətsiz hücuma məruz qaldı. İran xalqı əsrlər boyu göz oxşayan sənət əsərləri yaradıb ki, bu da onların uca ruhunu, zəngin mədəniyyətini və sülhpərvərliyini göstərir.”

O əlavə edib:  “Biz sübut etmişik ki, çətin günlərdə dostlarımızın yanında dayanırıq və sülhün bərqərar olması üçün təsirli addımlar atmağa hazırıq. Zülm və zorakılıq hər zaman pislənib və bu, bütün ilahi dinlərin ortaq təlimidir.”

دیدار سفیر اسپانیا و حامد شاکرنژاد

İranın Qurani-Kərim səfiri Hamed Şakirnejad isə qlobal dəyişikliklərə işarə edərək bildirib: 

“Bir çox siyasi və tarixi mütəxəssislər dünyanın tarixi bir dönəmin astanasında olduğunu düşünür. Biz də inanırıq ki, yeni dövr mədəni, əxlaqlı və saleh xalqlara məxsus olacaq.”

Beynəlxalq qari sözlərinə davam edərək deyib: “Şübhəsiz ki, əsil və sivilizasiya qurucu xalqlar arasında mədəni ittifaqlar gələcəkdə dünyanın siyasi, iqtisadi və sosial münasibətlərini müəyyən edəcək. İspaniya xalqı və dövlətinin məzlum, lakin qüdrətli İran xalqına dəstəyi onların əsil, şərəfli və insani ruhunun göstəricisidir.”

Şakirnejad Qurani-Kərimin təlimlərinə toxunaraq bildirib: 

“Müharibə etməkdən uzaq durmaq və insanpərvərliyi gücləndirmək əslində ilahi ipə sarılmaqdır; Quran da insanları məhz buna çağırır.”

Görüşün davamında Quran Diplomatiya Fondunun baş direktoru qurumun beynəlxalq mədəni və Qurani fəaliyyətləri barədə məlumat verib və birgə əməkdaşlıq sahələrini təqdim edib. Bu təkliflər İspaniya səfiri tərəfindən müsbət qarşılanıb.

4351865

Teqlər: quran ، qari ، səfir ، İspaniya ، iran
captcha