IQNA

Məscidün-Nəbiyə bir sionistın daxil olmasına sosial şəbəkələrin qəzəbi

11:54 - November 24, 2025
Xəbər sayı: 3499269
İQNA - Sionist bir media fəalının Məscidün-Nəbiyə daxil olması ilə bağlı görüntülərin yayılması sosial şəbəkələrdə geniş qəzəb və etiraz doğurub.

“İQNA”-nın “Al-Mawqe Post” saytına istinadən verdiyi xəbərə görə, İsrailin “Times of Israel” qəzetinin yazarı Ben Tsion Sbit öz İnstagram hesabında bir sıra şəkillər paylaşaraq onların Səudiyyə Ərəbistanında çəkildiyini iddia edib. Bu şəkillərə Məkkə, Ər-Riyad, Mədinə, Ciddə və Məscidün-Nəbiyə aid görüntülər daxildir.

Sionist rejimin media fəalı İsrail Knessetinə namizəd və ifrat sağçı “Zehut Yəhudiyyət” (Yəhudi Kimliyi) partiyasının nümayəndəsidir.

Bir həftə əvvəl paylaşmağa başladığı 10 şəkildən ibarət bu seriyada Sbit ənənəvi Səudiyyə geyimindədir və bir neçə kişi və qadın ona müşayiət edir.

Sbit şəkillərin izahında “Yaxın Şərqdə sülh” məzmunlu mesajlar yazıb.

Görünür ki, o, 15–16 noyabr tarixlərində Ər-Riyadda yerləşən “Four Seasons” otelində keçirilən “Qlobal Misk Forumu”nda iştirak edib. Bu forum “Yaxın Şərqin ən böyük gənclər tədbiri” kimi təqdim olunub və mövzusu “Dəyişiklik çağının çətinlikləri ilə üzləşmək” olub.

Bu görüntülər ərəb dünyasında sosial mediada geniş qalmaqal və qəzəbə səbəb olub. Aktivistlər həmin şəkilləri paylaşaraq bunun təhlükəli bir dönüş olduğunu vurğulayıblar.

4318808

captcha