IQNA

İyun ayının onu: İmam Hüseyn (ə) hərəmində Qurani-Kərimin hifzi üzrə yay təlim kurslarının başlanğıcı

22:09 - May 30, 2012
Xəbər sayı: 2338066
Beynəlxalq qrup: Qurani-Kərimin hifzi üzrə yay təlim kursları iyun ayının onundan Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı nəzdində fəaliyyət göstərən “Daul-Quran-əl-Kərim” idarəsinin təşəbbüsü ilə işə başlayacaqdır.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) vediyi məlumata görə Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı nəzdində fəaliyyət göstərən “Daul-Quran-əl-Kərim” idarəsi elan etdi: Qurani-Kərimin hifzi yay təlim kurslarında iştirak etmək istəyənlər may ayının 25-dən iyun ayının 5-dək bu idarədə ad yazdıra bilərlər.
Bu kurslar (yay Quran hifzi təlim kursları) tələbələrə məxsusdur və iyun ayının onundan etibarən İmam Hüseynin (ə) ziyarətgahında fəaliyyətə başlayacaqdır.
İmam Hüseynin (ə) ziyarətgahı nəzdində fəaliyyət göstərən “Daul-Quran-əl-Kərim” idarəsi İraqın fəal Quran mərkəzlərindəndir ki, hər il bu ölkədə müxtəlif Quran təlimi proqramları həyata keçirir.
Bu Quran mərkəzi öz fəaliyyətləri istiqamətində ilk dəfə olaraq cavanlar üçüb qlobal Quran yarışmalarını iyun ayının birində İmam Hüseynin (ə) mübarək hərəmində təşkil edəcəkdir.
1019008
captcha