Təfəkkür qrupu: İmam Xumeyni öz təfsirlərində müxtəlif təfsir üslublarından, o cümlədən: Ayə ayə ilə, ayə hədislə, əqli, işari, ictihadi, fəlsəfi, irfani, elmi və digər üslublardan istifadə etmişdir. Bu üslublar arasında daha çox İşari (batini və irfani) təfsir ülubuna diqqət etmişdir.
İQNA: Höccətul-İslam vəl-müslimin Doktor Məhəmmədəli Rzayi İsfahani - Əl-Mehdi Qurani-Kərim araşdırmalar mərkəzinin rəisi, İQNA ilə müsahibəsində İmam Xumeyninin təfsir üslublarə barəsində deyib: İmam Xumeyni həm siyasi, həm fiqhi və həm də təfsir sahəsində müctəhid və nəzəriyyəçi idi. Onun ən gözəl təfsir nümunəsi Həmd surəsinin təfsiridir.
İmam Xumeyni öz təfsirlərində müxtəlif təfsir üslublarından, o cümlədən: Ayə ayə ilə, ayə hədislə, əqli, işari, ictihadi, fəlsəfi, irfani, elmi və digər üslublardan istifadə etmişdir. Bu üslublar arasında daha çox İşari (batini və irfani) təfsir ülubuna diqqət etmişdir. O, İrfani təfsirlə “Şəxsi Rəy” təfsiri arasına sərhəd təyin etmişdir. Şəxsi rəylə təfsiri doğru saymamışdır. İrfani təfsirində kökünü Məsumların (s) kəlamlarında görür. Bundan əlavə o, təfsirdə cihad və inqilabı baxışlarını da qabartmışdır…
1017400
1022376