İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah İmam Xaməneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah İmam Xamənei bu gün may ayının 6-da "Prezident seçkiləri komitəsi və şəhər-kənd şuraları" işçiləri ilə görüşəndə buyurdu: Seçkilərdə ölkənin icra sturkturunun klidini elə bir şəxsə verməliyik ki, çalışqan, xalqsevər və milli dəyərlərin qədrini bilmək kimi xüsusiyyətləri olsun.
O, qeyd etdi ki, qarşıdan gələn seçkidə bütün seçicilərin seçkilərdə fəal iştirak etməsi üçün lazım olan hər bir şərait yaradılmalıdır. Seçki komitəsinin bütün işçiləri seçkilərin şəffaf və təhlükəsiz keçirilməsi üçün öz vəzifələrinə tam əməl etməlidirlər.
Ölkənin bütün məsul orqanları seçkilərə görə məsuliyyət daşıyır, xalqın onlara tapşırdığı əmanəti ləyaqətli qorumalıdırlar.
Ali Dini Lider öncəki seçkilərdə baş verən fitnələrə işarə edərək dedi: seçkilər hər dəfə bu millətə və İslam İnqilabına yeni bir güc verib və görə görünməyən məxfi bəlaları bu xalqdan uzaqlaşdırıb ki, İnşaəllah bu dəfə də belə olacaq.
İslam İnqilabının rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Xamənei vəhabilərin Hücr bin Ədinin türbəsinə etdiyi təhqirə işarə edərək buyurdu: İslam dünyasının bütün alimləri, baş bilənləri, elmi və siyasi-ictimai xadimləri öz vəzifələrini bu fitnənin qarşısında yaxşı dərk etməli və bu iyrənc təfəkkürün qarşısı almalı və fitnəni böyüməyə qoymamalıdırlar.
1223710