IQNA

Sürətli inkişaf tempini davam etdirmək üçün sıçrayışlı hərəkata və qəhrəmanlıq yaratmağa ehtiyac var

18:14 - May 10, 2013
Xəbər sayı: 2531085
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün (çərşənbə günü, 8 may) səhər baş tutan görüşündə Təhsil və Tərbiyə Nazirliyinin mühüm və əsas dövlət strukturlarından biri olduğunu qeyd edərək bildirdi ki, bu qurum yüksək insani keyfiyyətləri və islami həyat tərzini özündə əks etdirən mütərəqqi bir cəmiyyətin formalaşmasında başlıca infrastrukturdur.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə Təhsil və Tərbiyə Nazirliyinin mühüm və əsas dövlət strukturlarından biri olduğunu qeyd edərək bildirdi ki, bu qurum yüksək insani keyfiyyətləri və islami həyat tərzini özündə əks etdirən mütərəqqi bir cəmiyyətin formalaşmasında başlıca infrastrukturdur. O vurğuladı: “Ölkənin müxtəlif müstəvilərdəki sürətli inkişaf tempini davam etdirmək üçün sıçrayışlı hərəkata, iqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq yaratmağa ehtiyac var. Bu işdə Təhsil və Tərbiyə Nazirliyinin rolu, sözsüz ki, mühümdür”.
Müəllimlərə Ehtiram Həftəsi münasibəti ilə keçirilən görüşdə Həzrət Ayətullah Xamenei Şəhid Ayətullah Mütəhhərinin, eləcə də şəhid olmuş digər şagird və müəllimlərin xatirəsini hörmətlə yad edərək qeyd etdi ki, İslam cəmiyyətində müəllimlər digər peşə sahiblərindən fərqlənən, olduqca yüksək mövqe və məqama malikdirlər. O dedi: “Müəllim, əslində, ölkənin dəyərli gövhərləri olan uşaqları, yeniyetmələri formalaşdıran, cilalayan bir sənətkardır. Elə buna görə də müəllimlik peşəsini digər peşələrlə bir cərgəyə qoymaq mümkün deyil”.
Ali Məqamlı Rəhbər dedi: “Cəmiyyətin başucalığına, rifaha, zənginliyə, elmi inkişafa, şücaətə, müdrikliyə, azadlığa və rasionallığa yetişməsi uşaq və yeniyetmələrin düzgün təlim və tərbiyəsindən asılıdır. Bu olduqca mühüm vəzifənin önəmli bir hissəsi isə müəllimlərin öhdəsinə düşür”.
O dedi: “Təhsil və tərbiyədə əsaslı dəyişikliklərin həyata keçirilməli olduğunu dəfələrlə vurğulamağımızın səbəbi də budur ki, cəmiyyətdə istənilən dəyişikliyin reallaşması başlıca bir infrastrukturun, konkret olaraq bu halda islami tendensiyaya malik olan təhsil və tərbiyə sisteminin mövcudluğuna əsaslanır”.
“Təhsil və Tərbiyədə Dəyişikliklər Proqramı”nın təsdiq və ictimaiyyətə təqdim olunduğunu qeyd edən Həzrət Ayətullah Xamenei bu sənədin icrasının vacibliyini vurğulayaraq dedi: “Sözsüz ki, “Təhsil və Tərbiyədə Dəyişikliklər Proqramı”nın icrasında hər cür tələskənlikdən çəkinmək, bütün aspektləri nəzərə alıb, dərindən düşünərək addım atmaq lazımdır”.
Təhsil və tərbiyə sistemində dəyişikliklər edilməsinin dərin əhəmiyyətə malik, böyük bir iş olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Belə böyük və dərin mahiyyətli işlər qısa zamanda görülüb, dərhal nəticə vermir. Buna görə də “Təhsil və Tərbiyədə Dəyişikliklər Proqramı”nın icrası, prosesin düzgün məcrada yoluna düşməsi üçün təhsilin müxtəlif sferalarında çoxsaylı araşdırma işlərinə ehtiyac var”.
Hökumət və parlamentin təhsilə maliyyə baxımından dəstək verməli olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei Ziyalılar Universiteti məsələsinə də toxunaraq dedi: “Bu universitet digərlərindən fərqlənir, çünki orada müəllimlərin şəxsiyyəti formalaşır. Buna görə də Ziyalılar Universitetinə lazımi maddi dəstək verilməlidir”.
1225061
captcha