IQNA

Prezidentliyə namizəd olanlar fitnə qarşısında öz mövqeylərinə aydınlıq gətirməlidirlər

23:33 - May 17, 2013
Xəbər sayı: 2534565
Siyasi qrup: Ayətullah Cənnəti – Tehranın müvəqqəti Cümə Namazı İmamı və Nəzarətçi Şuranın katibi, bu gün 17 may Tehranın Cümə Namazı xütbələrində iyun ayında keçiriləcək prezident seçkilərinə işarə edərək dedi: Bu gün ən mühüm məsələ ölkədə keçiriləcək seçkilərdir ki, Ali Dini Rəhbərin bu ili Siyasi və İqtisadi Qəhrəmanlıq ili adlandırması da bu barədə xüsusi məna daşıyır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Əhməd Cənnəti – Tehranın müvəqqəti Cümə Namazı İmamı və Nəzarətçi Şuranın katibi, bu gün 17 may Tehranın Cümə Namazı xütbələrində iyun ayında keçiriləcək prezident seçkilərinə işarə edərək dedi: Bu gün ən mühüm məsələ ölkədə keçiriləcək seçkilərdir ki, Ali Dini Rəhbərin bu ili Siyasi və İqtisadi Qəhrəmanlıq ili adlandırması da bu barədə xüsusi məna daşıyır. Keçənlərdə ölkədə "seçkidə saxtakarlıq olub" adında bir fitnə yaratdılar. Prezidentliyə namizəd olanlar fitnə qarşısında öz mövqeylərinə aydınlıq gətirməli və deməlidirlər ki, keçən dəfəki, fitnə və qarışıqlıq haqqında nəzərləri nədir?!
Tehranın cümə namazı xətibi İran İslam Respublikası prezidentinin İran xalqı tərəfindən seçilməsinin yüksək diqqət və bəsirətə ehtiyaclı olduğunu vurğulayaraq, deyib: İran xalqı ən münasib şəxsi prezidentlik məqamı üçün seçməlidir.
Ayətullah Cənnəti İranın gələcək prezidentinin ən vacib şərtlərini İran İslam Respublikası quruluşuna iman, qanunçuluq, idarəetməni bacarmaq, imanlı və təqvalı olmaq adlandırıb.
O, sanksiyaların ləğvi üçün ABŞ ilə danışıqlardan dəm vuran bəzi seçki namizədlərinə xitabən deyib: ABŞ qarşısında təslim olmaq, onlara mütləq təslim olmaq mənasındadır.
Ayəullah Cənnəti seçkiləri İranın siyasət səhnəsinin ən mühüm hadisəsi və Siyasi Qəhrəmanlığın məzhəri adlandırıb və deyib:
Adi və ənənəvi işlər ilə qəhrəmanlıq etmək mümkün deyil. Heç bir qorxu-hürkü hiss etməyən iradəli dəstə ilə düşmən xəttini yarmaq , düşməni geri oturtmaq lazımdır.
Tehranın cümə namazı xətibi əlavə edib: İranın gələcək prezidenti ölkənin idarə edilməsi üçün aydın və şəffaf proqrama malik olmalıdır ki, Qərbin İrana qarşı birtərəfli sanksiyalarının önünə keçə və yaranmış iqtisadi problemləri həll edə bilsin.
Ayətullah Cənnəti İranda seçkilərin azad, sağlam və müxtəlif səliqələrə uyğun seçkilər olduğunu deyərək, vurğulayıb: ABŞ başda olmaqla düşmənlər daha öncə seçkilərdə saxtakarlıq bəhanəsi ilə quruluşa zərbə vurmağa çalışmışdılar. Amma, buna nail ola bilmədilər.
Tehranın cümə namazı xətibi həmçinin, cümə namazının birinci xütbəsində İslam nöqteyi-nəzərində düzgün yaşam tərzinə işarə edərək, deyib: Bugünkü yaşam tərzini və cəmiyyəti İslam prinsipləri ilə dəyərləndirmək lazımdır.
O, Quran və İlahi göstərişlərə diqqət göstərməyi zəruri adlandırıb və əlavə edib: Əgər gündəlik həyatımızda İlahi göstərişlərə əməl edilərsə, bir çox problemlər öz həllini tapar.

1229316
captcha