İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Asiyanın Qərb regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Hindistan müsəlmanları etiraz aksiyaları keçirərək Hindistan universitetlərində İslami geyim və görkəmlə universitetə girmək qadağasının təcili ləğv edilməsini tələb etdilər.
Etiraz edən müsəlmanlara cavab olaraq universitetlər bildiriblər ki, bu qanunu ölkənin Təhsil Nazirliyi təsdiq edib və universitetlər yalnız qanuni icra edirlər. Və bu qanunun ləğvi mümkünsüzdür.
Bu qanuna etiraz edənlər bununla kifayətlənməyib və bu barədə məclis nümayəndələrinə də öz etirazlarını bildirəcəklərini deyiblər.
1233877