IQNA

Misir prezidenti Miyanmar müsəlmanlarının vəziyyətini müzakirə etmək üçün Cənubi Koreyaya gedəcək

22:55 - June 02, 2013
Xəbər sayı: 2542529
Beynəlxalq qrup: Məhəmməd Mursi – Misirin prezidenti və İslami Yoldaşlıqlar Təşkilatının indiki rəisi, gələn həftə ərzində buddistlər tərəfindən qətliam və işkəncələrə məruz qalmış Miyanmar müsəlmanlarının vəziyyətini müzakirə etmək üçün Cənubi Koreyaya gedəcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İİNA" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Miyanmar dövləti İslami Yoldaşlıqlar Təşkilatının göndərdiyi heyətin bu ölkədəki müsəlmanların vəziyyət ilə maraqlanmağa getməsinə icazə vermədiyi üçün Məhəmməd Mursi – Misirin prezidenti və İslami Yoldaşlıqlar Təşkilatının indiki rəisi, gələn həftə ərzində Ruhəngiyadakı Miyanmar müsəlmanlarının vəziyyətini müzakirə etmək üçün Cənubi Koreyaya gedəcək.
Misirn siyasi mənbələrinin verdiyi məlumata əsasən Mursi bu səfər çərçivəsində Cənubi Koreyanın rəsmiləri ilə buddistlər tərəfindən qətliam edilən Miyanmar müsəlmanlarına necə və hansı yollarla kömək etmək barəsində müzakirə edəcək.
İslami Yoldaşlıqlar Təşkilatının Miyanmarın Ruhəngiya regionunda yaşayan müsəlmanlar ilə neçə dəfələrlə görüşmək üçün cəhd etməsinə baxmayaraq Miyanmar dövləti buna icazə verməmişdir.
Bu bir haldadır ki, bu ölkədə yaşayan müsəlmanlar hər gün dəfələrlə qətliam olur, evləri yandırılır, məscdiləri dağıdılır və onlara qarşı müxtəlif cür cinayətlər törədilir.
1237618
captcha