IQNA

Şəban ayının bayramları Mançestrdə keçiriləcək

23:35 - June 10, 2013
Xəbər sayı: 2545318
İctimai qrup: Şəban ayının bayramları – İmam Hüseyn (ə), Həzrət Abbas (ə) və İmam Səccadın (ə) təvəllüd günləri, bu həftənin cümə axşamı günü iyun ayının 13-də Mançestirin İslam Mərkəzində keçiriləcəkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Mançestr şəhərinin İslam Mərkəzinin verdiyiə elaniyyəyə əsasən bu şəhərin İslam Mərkəzində Kərbəla Şəhidi Həzrət İmam Hüseyn (ə), Həzrət Əbülfəzl Abbas (ə) və İmam Zeynül-Abidin Əli bin Hüseyn Səccadın (ə) nurlu və bərəkətli təvəllüd günləri münasibəti ilə bayram və şadlıq mərasimi keçiriləcəkdir.
Bu bayram və şadlıq mərasimi iyun ayının 13-də Cümə Axşamı günü yerli vaxtla axşam saat 20:00-dən 22:00-dək keçiriləcəkdir. Mərasimdə müxtəlif maraqlı proramlar – (alimlərin çıxışı, mədhiyyə, şer, hədiyyələr vermək) - icra ediləcəkdir.
Mançestirin İslam Mərkəzi ümumi şəkildə dəvətnamə yayaraq bütün vətəndaşları bayram məclisində iştirak etməyə dəvət edib.

1239150
captcha