IQNA

Bu gün Bakıda İslam ölkələrinin Xarici İşlər Nazirləri Qüdsə kömək toplantısı keçirdilər

21:03 - June 11, 2013
Xəbər sayı: 2545913
Beynəlxalq qrup: Bu gün (11 iyun) İslami Əməkdaşlıq Təşkilatına üzv olan müsəlman ölkələrinin Xarici İşlər Nazirləri Fələstin və Qüdsə iqtisadi kömək məsələsini müzakirə etmək üçün Bakıda toplantı keçirdilər.
İQAN-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin APA-ya istinadən verdiyi xəbərə görə Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Fələstinə yardım üzrə donor konfransı keçirilir.
Konfransda açılış nitqi söyləyən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirakçıları prezident İlham Əliyevin adından salamlayıb. Bu kimi konfransların təkcə Fələstin xalqı üçün deyil, bütün müsəlman aləmi üçün əhəmiyyət kəsb etdiyini deyən XİN başçısı Fələstinin UNESCO-ya üzv qəbul olunmasını bu dövlətin müstəqilliyinin tanınması istiqamətində mühüm addımlardan biri adlandırıb.
Elmar Məmmədyarov Fələstinin yaxın gələcəkdə BMT-nin tamhüquqlu üzvü olacağına ümidvar olduğunu bildirib. Azərbaycanın Fələstinə hər zaman dəstək verdiyini deyən nazir bəyan edib ki, Fələstin xalqının həyat şəraitini yaxşılaşdırmaq son dərəcə vacibdir. O, Azərbaycanın Qüdsdə infrastruktur layihələrinin inkişafına vəsait ayırmaq barədə qərar qəbul etdiyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan xarici işlər naziri qeyd edib ki, İƏT öz növbəsində bu məsələdə Azərbaycana hər zaman dəstək verib və ölkəmizin ərazi bütövlüyünü müdafiə edib.
Konfransda İƏT ölkələrinin, bir sıra beynəlxalq təşkilatların, o cümlədən İSESCO-nun, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının, İslam İnkişaf Bankının rəhbərləri və təmsilçiləri iştirak edirlər.
İştirakçılar Fələstinə 500 milyon dollar həcmində humanitar yardım göstərilməsini müzakirə edəcəklər. İƏT ölkələri tərəfindən ayrılan bu yardım paketi Fələstinin iqtisadiyyatının, səhiyyə və təhsil sisteminin inkişafına yönəldiləcək.

1240956
captcha