İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikasında 14 iyun 2013-cü il tarixində keçirilən prezident seçkilərində 8 nəfər rəqabət aparırdı ki, Höccətül-İslam vəl-müslimin Doktor Həsən Ruhani 36 milyon 704 min 156 verilmiş səsdən 18 milyon 613 min 329 səsi qazanaraq İranın yeddinci prezidenti oldu.
İranın seçki komissiyasının elan etdiyi xəbərə əsasən namizədlər aşağıdakı siyahıya uyğun səs toplamışlar:
Verilmiş səslər: 36, 704, 156
Həsən Ruhani: 18, 613, 329
Məhəmmədbaqir Qalibaf: 6, 077, 292
Səid Cəlili: 4, 168, 946
Möhsin Rezayi: 3, 884, 753
Əliəkbər Vilayəti: 2, 268, 753
Seyid Məhəmməd Ğərəzi: 446, 015
Höccətül-İslam vəl-müslimin Doktor Həsən Ruhani 36 milyon 704 min 156 verilmiş səsdən 18 milyon 613 min 329 səsi qazanaraq İranın yeddinci prezidenti elan edildi.
Doktor Həsən Ruhani 1327-ci Günəş ilinin Aban ayının 21-də (12.10.1948) İranın Semnan şəhərində anadan olmuşdur. O, İctimai Hüquq üzrə magistr dərəcəsi almış, İngiltərənin Qlazqo Universitetinin konstitusiya hüququ sahəsində namizədlik dərəcəsini qazanmış və həmçinin tədqiqatçı və ali rütbəli ruhanidir.
O, İran İslam İnqilabından öncə şah rejimi əleyhinə mübarizə aparmış və dəfələrlə həbs edilmiş, İnqilabdan sonra müxtəlif vəzifələrdə işləmişdir.
O, 1980-cı ildə Milli Məclisin rəisi olmuş, Tele-radio şirkətlər birliyinin ali şurasının rəisi vəzifəsində işləmiş, İraqla müharibə zamanı mühüm vəzifələr icra etmiş, o cümlədən Döyüş Komandanlığının müavini, İran Hava Hücumundan Müdaifə Qüvvələrinin komandiri və həmçinin 1980-cı ildən 1983-cü ilədək Ali Baş Komandanın müavinin köməkçisi vəzifəsində işləmişdir.
O, İranın Milli Təhlükəsizliyi Ali Şurası yaranan gündən bəri burada Ali Dini Liderin (indi Həzrət Ayətullah Xamenei) rəsmi nümayəndəsi vəzifəsində işləmişdir.
O, Rəfsəncani və Xatəminin prezidentliyi dövründə 16 il Milli Təhlükəsizlik Şurasının Baş Katibi olmuşdur.
O, həmçinin "Xebreqan"nın – (Ali Dini Lider seçən şura) və İslam dövlətinin məsləhətini təyin edən yüksək səlahiyyətli şuranın da üzvidir.
1242980