İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə İsveçin İmam Əli (ə) adına Mərkəzi Kitabxanası mövcud dini ədəbiyyatın axtraışı, tapılması və oxunuşunun sürətləndirilməsi, tələbələrə və tədqiqatçılara Qurani və dini mənbələrin axtarış və mütaliəsində kömək məqsədi ilə rəqəmsal olacaq.
İsveçin İmam Əli (ə) adına Mərkəzi Kitabxanası müxtəlif mövzular və dillərdə 3500 İslami kitab ilə tədqiqatçılar və tələbələrin istifadəsinə verilib.
İmam Əli (ə) adına Mərkəzi Kitabxanada ibadət, hədis, irfan və ədəb, İslam tarixi, İslam fəlsəfəsi, dinin üsulları və əqidə, elmi tədqiqatlar, İslami incəsənət və digər mövzularda kitablar ilə zənginləşdirilmişdir.
1243244