IQNA

İran xalqının yeni seçdiyi prezident Doktor Həsən Ruhani Ali Dini Liderin görüşündə oldu

0:31 - June 17, 2013
Xəbər sayı: 2548044
Siyasi qrup: İran xalqının 11-ci prezident seçkiləri zamanı (14 iyun 2013) yeni seçdiyi prezident Höccətül-İslam vəl-Müslimin Doktor Həsən Ruhani bu gün (17 iyun 2013) günorta vaxtından sonra İslam İnqilabının Böyük Rəhbəri, Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Seyid Əli Hüseyni Xamenei ilə görüşdü.
İQNA-nın (Beynəlxalq İran Quran Xəbər Agentliyi) İslam İnqilabının Böyük Rəhbəri, Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran xalqının yeni seçdiyi prezident Höccətül-İslam vəl-Müslimin Doktor Həsən Ruhani bu gün (17 iyun 2013) günorta vaxtından sonra İslam İnqilabının Böyük Rəhbəri, Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Seyid Əli Hüseyni Xamenei ilə görüşmüşdü.
Bu görüşdə İslam İnqilabının Böyük Rəhbəri, Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Seyid Əli Hüseyni Xamenei İran xalqının yeni prezidenti üçün işlərində müvəffəqiyyət, İlahidən kömək arzulamış, xeyir-dua vermiş və Doktor Həsən Ruhaniyə tövsiyələr etmişdir.

1243728
captcha