IQNA

İran seçkilərində düşmənlərin bütün hədəfləri və proqramları hər tərəfli məğlubiyyətə uğradı

20:02 - June 27, 2013
Xəbər sayı: 2552872
Siyasi qrup: Düşmənin bütün hədəf və proqramlarının hər tərəfli məğlubiyyəti, millətin İslam dövlət sisteminə, seçki nəzarətçilərinə və icraçılarına inam və etibarı, möhkəm təhlükəsizlikk, namizədlərin alicənablığı və qanuna tabe olmaları, İslam Cümhuriyyətinin milli mənfəətləri qorumaqda möhkəmliyi və iqtidarı bu ilki seçkilərin ən mühüm nöqtələridir.
İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam İnqilabının Rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xameneinin dəftərxanasının rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə İran İslam Respublikasının Ali Baş Komandanı Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei dünən (27 iyun 2013) İran İslam Respublikasının Ali Baş Məkəməsinin rəyasət heyəti və məsulları ilə görüşündə bu strukturun bu ilki prezident seçkilərində misilsiz zəhmətlərini alqışladı, İran xaqlına yaratdıqları siyasi qəhrəmanlığa görə təşəkkür etdi və yeni seçilmiş prezidentə kömək olmalrının zəruriliyini vurğulayaraq dedi:
"Düşmənin bütün hədəf və proqramlarının hər tərəfli məğlubiyyəti, millətin İslam dövlət sisteminə, seçki nəzarətçilərinə və icraçılarına inam və etibarı, möhkəm təhlükəsizlikk, namizədlərin alicənablığı və qanuna tabe olmaları, İslam Cümhuriyyətinin milli mənfəətləri qorumaqda möhkəmliyi və iqtidarı bu ilki seçkilərin ən mühüm nöqtələridir".
Bu görüşün 1360-cı Hicri-Şəmsi ilinin 7 tir ayının 72 nəfər terror qurbanlarının şəhadətlərinin ildönümü ərəfəsində baş tutduğuna görə İran İslam İnqilabının Rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xamenei bu məsələyə və Şəhid Ayətullah Behiştinin nurani şəxsiyyətinə işarə edərək dedi:
"O xəbis cinayət zamanı (1360-cı Hicri Şəmsi ili Tir ayının 7-də İranın Milli Məclsinin binasının "münafiq"lər tərəfindən partladılması) İslamın və İranın tanınmış və görkəmli şəxsiyyətləri, din alimləri, İslam inqilabının vəfalı silahdaşları şəhid oldular. Amma münafiqlərin pis sifəti və onları himayə edən hegomon ölkələr hamlya bəlli oldu. Və elə bu məsələdə münafiqlərin İrandakı həyatına son qoydi.
Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xamenei nüvənin zənginləşdirilməsi məsələsinə toxunaraq deyib: "İranın nüvə mövzusu ilə əlaqədar neçə ölkə hegemonluqla çıxış edərək məsələnin həll edilməsinə mane olur və onların oyunbazlığı mövzunun indiyə kimi həll edilməməsinə səbəb olub".
1248534
captcha