IQNA

Rusiyanın Ali Baş Məhkəməsi məktəblərdə "Hicab"ın qadağası qanununu təsdiq etdi

8:57 - July 15, 2013
Xəbər sayı: 2561425
Beynəlxalq qrup: Rusiyanın Ali Baş Məhkəməsi Stavropol region məhkəməsinin məktəblərdə müsəlman şagirdlərin "Hicab"dan istifadə qadağasına dair verdiyi hökmü təsdiq etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islam.ru" xəbər saytına istinadən verdiyi xəbərə görə Rusiyanın Ali Baş Məhkəməsi Stavropol region məhkəməsinin məktəblərdə müsəlman şagirdlərin "Hicab"dan istifadə qadağasına dair verdiyi hökmü təsdiq edərək elan edib: "Hicabın məktəblərdə qadağan olunması dini azadlığın və ya müsəlman qızların təhsil almasının ziddinə deyil!"
Qeyd edək ki, keçən il Rusiyanın Stavropol regionunda məktəbliərin vahid geyim formasından istifadəsi yönündə müsəlman qızlara dini örtükdən istifadə edtmək yasaqlanmışdı.
Bu qadağadan sonra müsəlman valideynlər region məhkməsinə şikayət etmiş, amma işi bir yerə çıxarda bilməmişdilər. Bundan sonra iş Rusiyanın Ali Baş Məhkəməsinə göndərilmişdi ki, bu da Stavropol region məhkəməsinin Hicabın qadağası barədə çıxardığı qanunun təsdiqi ilə nəticələndi. Onlar bunu Rusiyanın təhsil sisteminin sekular qanunlarla idarə olunduğu kimi izah edirlər.
Xatırladaq ki, bu qanun layihəsi Çeçenistan və Tatarıstan kimi yerlərdə icra olunmur. Və müsəlman qızlar dini örtükdən istifadə etməkdə azaddırlar.
1257586
captcha