IQNA

Özbəkistan müsəlmanlarına dövlət tərəfindən təzyiqlər durmadan çoxalır

17:34 - July 24, 2013
Xəbər sayı: 2566656
Siyasi qrup: Müsəlmanlara təzyiqlərin çoxaldılması siyasətləri istiqamətində aparılan işlərdən biri də Özbəkistanda həyata keçirildi. Bu dəfə bu ölkədə müsəlmanlara dini və məzhəbi kitablar, video və audiolar və digər dini əşyaların mənzillərdə saxlanılması qadağn edilib. Bu cür əşyaların mənzillərdə saxlaılması qanun tərəfindən cinayət sayılır və qanundan kənara çıxanlar cəzalandırılacaq.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Mərkəzi Asiya şöbəsinin Özbəkistan KİV-lərinə istinadən verdiyi xəbərə görə müsəlmanlara təzyiqlərin çoxaldılması və məzhəbi əşyaların mənzillərdə saxlanılmasının qadğası siyasəti istiqamətində aparılan işlərdən biri də bu dəfə Özbəkistanda həyata keçirildi. Bu ölkədə müsəlmanlara dini və məzhəbi kitablar, video və audiolar və digər dini əşyaların mənzillərdə saxlanılması qadağn edilib. Bu cür əşyaların mənzillərdə saxlaılması qanun tərəfindən cinayət sayılır və qanundan kənara çıxanlar cəzalandırılacaq.
Polis məmurları bu qanunu icrasına nəzarət məqsədi ilə vətəndaşların evlərini təftiş etməyə başlayıblar.
Xəbərə görə paytaxt Daşkəntin ətraf qəsəbələrində aparılan axtarışlar nəticəsində dörd evdən dini əşyalar kəşf edilərək məmurlar tərəfindən zəbt edilmiş və ev sahibləri məhkəməyə verilmişlər.

1262984
captcha