IQNA

Özbəkistanda yeni məscidlər tikiləcək və köhnələr təmir ediləcək

13:26 - July 29, 2013
Xəbər sayı: 2568629
Beynəlxalq qrup: Bu ilin sonunadək Özbəkistan yeni məscidlərin tikilməsi və köhnə məscidlərin təmiri layihəsinin həyata keçirilməsi yönündə 27 yeni məscid tikilərək müsəlmanların istifadəsinə veriləcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islam.ru" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Özbəkistanın 2037 məscidindən 127 məscidi tarixi və qədim məsciddir ki, bu layihəyə əsasən təmir ediləcəkdir. Bundan əlavə 27 yeni məscid tikilərək istifadəyə veriləcəkdir.
Bu layihə Özbəkistan Dini İşlər İdarəsinin təşəbbüs və nəzarəti ilə həyata keçiriləcəkdir.
Özbəkistan Dini İşlər İdarəsi keçən il də bu layihəyə əsasən 12 yeni məscid inşa və 20 köhnə məscidi təmir etmişdir.
Bu xəbərə ğörə Özbəkistan Dini İşlər İdarəsi bu ölkənin paytaxtı Taşkentin ən qədim Cümə Məscid sayılan "Xacə Ehrar Vəli" məscidini də kamil şəkildə təmir etmişdir.
"Xacə Ehrar Vəli" məscidinə 200 nəfərlik dəstəmazxana, şüşə divarlar və yeni səsləndirmə cihazları quraşdırılmışdır.
Bu məscidin tarixi 816-cı hicri-qəməri ilinə qayıdır ki, adam tutumuna görə Taşkentin ən böyük məscididir.
Bu məscid Taşkentin "Çarsu" məntəqəsində yerləşir və Mərkəzi Asiyada orta əsrlərin son illərində tikilmiş məscidlərin yeganə nümunəsidir.
Özbəkistan Orta Asiyada 30 milyon nəfərlik müsəlman ölkəsidir ki, bu ölkənin 96%-dən çoxunu müsəlmanlar təşkil edir.
1265416
captcha