İqtisad qrupu: Böyük Dini Mərcələr Ayətullah Üzma Sistani, Vəhid Xorasani, Şübeyri Zəncani, Cəvadi Amuli, Məkarim Şirazi, Ələvi Qorqani, Musəvi Ərdəbili, Cəfər Sübhani və Nuri Həmədani fitrə zəkatının bu ilki miqdarı barədə nəzərlərini elan ediblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Şiələrin Böyük Dini Təqlid Mərcələri Ayətullah Üzma Sistani, Vəhid Xorasani, Şübeyri Zəncani, Cəvadi Amuli, Məkarim Şirazi, Ələvi Qorqani, Musəvi Ərdəbili, Cəfər Sübhani və Nuri Həmədani fitrə zəkatının bu ilki miqdarı barədə nəzərlərini elan ediblər.
Fitrə zəkatı hər adam üçün 3 kq miqdarında hər məntəqənin daimi yeməyi sayılan qida maddəsidir. Bu qida maddələrinə buğda, arpa, un, kişmiş, xurma, düyü və s... daxildir.
Misal olaraq 5 nəfərlik ailə gərək 15 kq miqdarında yemək göstərilən qida maddələrindən fəqirə versin və ya bu 15 kq qidanın qiymətini fəqirə ödəsin.
Şiə Təqlid Mərcələrinin nəzərinə görə bu il İran İslam Respublikasında yaşayan müsəlmanlar qida maddəsinin buğda olduğu üçün hər kəs üçün fitrənin qiymətini 3500 – 5000 tümən miqdarında təyin ediblər. Buda Azərbaycan manatı ilə təqribən 0.80 qəpikdən və 1.20 manat arasında ola bilər.
Təqlid Mərcələri qocalıq, zəiflik və xəstəlik səbəbi ilə oruc tuta bilməyənlər üçün də fidyə və kəffarənin miqdarını hər gün üçün 1200 tümən - (0.30 qəpik və ya 0.750 qr çörək ya un), bir ay üçün 36000 tümən (9 manat) təyin etmişlər.
1269726