IQNA

Beynəlxalq Əfv Təşkilatı Efiopiya (Həbəşistan) müsəlmanlarına qarşı represiya və sıxışdırılmaların dayadırılmasını tələb etdi

14:21 - August 09, 2013
Xəbər sayı: 2573198
Beynəlxalq qrup: Mübarək Fitr bayramı günü Efiopiya (Həbəşistan) müsəlmanlarının tutuqlanması və represiyası xəbəri ardınca Beynəlxalq Əfv Təşkilatı bu dövlətdən Efiopiya (Həbəşistan) müsəlmanlarına və öz hüquqlarını tələb edən dinc etirazçılara qarşı represiya və sıxışdırılmaların dayadırılmasını tələb etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olan "Əd-Dəstur" qəzetinə istinadən verdiyi xəbərə görə Beynəlxalq Əfv Təşkilatı bəyaniyyə yayaraq elan edib: Keçən 18 ay ərzində keçirilən aksiyaların çoxu dinc etirazlar olub və müsəlmanlar dövlətdən onların dinə işlərinə müdaxilə etməməsini tələb ediblər. Bununla belə dövlət etirazçılara qarşı kəskin reaksiyalar göstərib.
"Əl-Yəm əs-sabe" qəzetinin verdiyi xəbərə görə dünən Efiopiyanın paytaxtında 2 milyondan çox müsəlman Fitr bayramı namazını qılmaq üçün toplanmışdı ki, onlar namazdan sonra dövlətdən onların dinə işlərinə müdaxilə etməməsi və tutlanların azad olunması tələbi ilə aksiya keçirdilər.
Onlar aksiyada ağ rəngli yazısız plakardlardan istifadə edərək aksiyanın dinc olduğunu elan etdilər.
Qeyd edək ki, Efiopiyanın 94 milyonluq cəmiyyətinin 56 faizini müsəlmanlar təşkil etsə də onların hüquqları kobudcasına tapdalanır.

1270495
captcha