IQNA

Seyyid Əmmar əl-Həkim: İraq tayfaları düşmənə fitnəçilik imkanı vermədilər

8:49 - December 04, 2019
Xəbər sayı: 3486252
Bəyaniyyədə deyilir: İraqda yaşayn şərəfli və qeyrətli tayfalar ölkənin cənubunda baş verməkdə olan fintə alovunu söndürdülər və təcavüzkar düşmənə fitnə toxumu səpmək imkanı vermədilər.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Milli Hikmət Hərəkatının rəisi Seyid Əmmar əl-Həkim dünən, həftənin ikinci günü, 3 Dekabr 2019-cu il, bəyaniyyə yayaraq İraqın tayfa və qəbilələrinə düşmənin fitnəçilik hiyləsinin qarşısını aldıqları üçün təşəkkür edib.

Bəyaniyyədə deyilir: İraqda yaşayn şərəfli və qeyrətli tayfalar ölkənin cənubunda baş verməkdə olan fintə alovunu söndürdülər və təcavüzkar düşmənə fitnə toxumu səpmək imkanı vermədilər.  

İraqın Milli Hikmət Hərəkatının rəisi Seyid Əmmar əl-Həkim bəyaniyyədə vurğulayır: Şücaətli İraq xalqı yüksək bəsirət və dünyagörüşü nümayiş etdirərək bu ölkəni məhv etmək üçün pusquda durmuş düşməni nakam qoydu. Və islahat tələb edən xalqın dinc etiraz aksiyalarının mahiyyətini qorudular.  

https://iqna.ir/fa/news/3861472

captcha