IQNA

Çeçenistanda Məscid-Kilsə Kompleksinin açılış mərasimi keçirilib - Foto

7:37 - December 27, 2020
Xəbər sayı: 3488928
Tehran (IQNA) - Çeçenistanın paytaxtı Qroznu şəhərində Rus və Çeçen rəsmilərinin iştrirakı ilə dinlərarası tolerantlıq simvolu olan ilk Məscid-Kilsə Kompleksinin açılış mərasimi keçirilib.

Çeçenistanın paytaxtı Qroznu şəhərində Rus və Çeçen rəsmilərinin iştrirakı ilə ilk Məscid-Kilsə Kompleksinin açılış mərasimi keçirilib. (Mərasimin Videosu)

Quran və İncilin birgə anılması hədəf ilə inşa edilən bu kompleksin tərkibində Əmir Daniyal adına kilsə və Movlud Visayətov adına məscid fəaliyyət göstərəcək.  

Məscid-Kilsə kompleksinin mərkəzində Quran və İncildən üzərinə ayələr yazılmış xatirə lövhəsi yerləşdirilib.

Mərasimdə iştirak edən dövlət rəsmiləri çıxışlarında Rusiyanın ənənəvi dəyərləri himayə edən bir ölkə olduğunu, bu kompleksin də dini etiqadlar arasında tolerantlıq simvolu və dinlər və millətlər arası vəhdət nişanı olduğunu vurğulayıblar.  

Çeçenistan prezidenti Ramazan Kadırov komleksin kilsə və məscid arasında vəhdət yaradacağına işarə edərək deyib: İslam və xristianlıq eşq və qarşılıqlı hörmət dinidir və heç kim bizim aramızda nifrət yarada bilməz. /3943396

 
Teqlər: kilsə ، məscid ، Çeçenistan
captcha