IQNA

Quran oxumağı öyrənmək istəyənlər üçün yeni dərs vəsaiti

11:36 - May 06, 2021
1
Xəbər sayı: 3489756
Bu vəsait kitab Qurani-Kərimi oxumağı öyrənmək istəyənlər üçün dərs vəsaiti olaraq nəzərdə tutulub. Kitabın müəllifi Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiridir.
“Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” adlı yeni kitab işıq üzü görüb.
QMİ-dən verilən məlumata görə, kitab Qurani-Kərimi oxumağı öyrənmək istəyənlər üçün dərs vəsaiti olaraq nəzərdə tutulub. Kitabın müəllifi Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiridir.
Sadədən mürəkkəbə sistematik şəkildə tərtib olunmuş kitabda bütün izah və şərhlər asanlıqla anlaşılan dildə verilmişdir. Bunun sayəsində kitab olduqca rahat oxunur və istənilən yaş qrupu üçün uyğundur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xeyir-duası ilə nəşr olunmuş kitabın məsləhətçiləri QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev və QMİ sədrinin müavini Fuad Nurullayevdir. Kitabın redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.
Kitab Allah rızası üçün nəşr olunub və Quran oxumağı öyrənmək istəyənlərə pulsuz təqdim olunur. Kitabı əldə etmək istəyənlər Qafqaz Müsəlmanları İdarəsinə, birbaşa müəllifin özünə müraciət edə bilərlər.
Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Qurban
1
0
Salam olsun sizlərə, mən cox istərdim ki, bu kitabı əldə edim
captcha