“İQNA”, “Əl-Məsirə”-yə istinadən xəbər verir ki, Yəmən Ənsarullahının rəhbəri Seyid Əbdül-Məlik Bədrüddin Əl-Husi deyib: “Biz müsəlman ümmətiyik ki, hücuma məruz qalmışıq. Ən böyük və təhlükəli hücum edən yəhudidir”.
O, qeyd edib ki, İslam ümməti beynəlxalq güclər, Amerika, İsrail və Britaniya tərəfindən hücuma məruz qalıb. Bu hakim güclərin böyük imkanları var və kafir qərbdə onlarla əhd bağlayıb.
Yəmən Ənsarullahının rəhbəri İranda baş verən son hadisələrə toxunaraq dedi: “Düşmən İranda öz muzdurları ilə məscidləri yandırdı və təhlükəsizlik qüvvələrini şəhid etdi. Düşmən həqiqətdə, bu ölkəyə hakim olmaq istəyir. Amma İran xalqı milyonluq yürüşlə Amerika və İsrail rejiminin məkrli planlarının cavabını verdi”.
4328735