IQNA

Beyrutda İİR-nın səfirliyi önündə partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

9:48 - December 30, 2013
Xəbər sayı: 1348707
Beynəlxalq qrup: Livanın “Təhlükəsizlik və Əks Kəşfiyyat” qüvvələri bu ölkənin cənubunda Beyrutda İİR-nın səfirliyi önündə terror partlayışı törədənlərlə əlaqəsi olmaqda şübhəli bilinən şəxsi tutuqladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Əl-Mədy” xəbər agentliyinin saytına istinadən verdiyi xəbərə görə Livanın “Təhlükəsizlik və Əks Kəşfiyyat” qüvvələri Beyrutda İİR-nın səfirliyi önündə terror partlayışı törədənlərlə əlaqəsi olmaqda şübhəli bilinən “Mustafa H.” adlı şəxsi bu ölkənin cənubunda tutuqladı.

“Mustafa H.” adlı şəxs təkfirçi şeyxlərdən olan Əhməd Əl-Əsirin tərəfdarlarından biridir.

Təkfirçi şeyx Əhməd Əl-Əsirin tərəfdarlarından olan bu ünsür Livanın “Təhlükəsizlik və Əks Kəşfiyyat” qüvvələrinin Beyrutda İİR-nın səfirliyi önündə terror partlayışı ilə bağlı tədqiqatları çərçivəsində saxlanılmışdır.

H. Mustafa, Beyrutda İİR-nın səfirliyi önündə terror partlayışı törədən ünsürlərdən biri olan “Müin Əbu Zəhr” adlı biri ilə çəkdirdiyi və ictimai şəbəkələrdə yayılmış bir şəkildə tanınmışdır.    

1348038

captcha