IQNA

Küveytin Beynəlxalq Quran Yarışlarına “Quran və Texnologiya” da artırıldı

10:48 - January 07, 2014
Xəbər sayı: 1351778
Beynəlxalq qrup: Bundan sonra Küveytin Beynəlxalq Quran Yarışları “Quran və Texnologiya” bölməsi də yarışlara artırılaraq keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Küveytin “KUNA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Küveytin İslami İşlər və Vəqflər Nazirliyi bu xəbər elan edərək dedi: Küveytin hər il Küveytin Əmiri “Səbah Əhməd Cabir Səbah” himayəsi ilə keçirilən Beynəlxalq Quran Yarışlarına yeni bölmə - “Quran və Texnologiya” – artırılaraq keçiriləcək.  

Küveyt Quran yarışlarının “Quran və Texnologiya” üzrə yarışçıları bu yarışlarda özlərinin Qurana xidmət üçün hazırladıqları yeni texnologiya və elektron proqramları yarışa qatacaqlar.

Bu rəqabətlər üzrə bütün dünyadan şəxslər, təşkilat və müəssisələr öz Qurana xidmət proqramları ilə iştirak edə biləcəklər.  

Qeyd edək ki, Küveytin Beynəlxalq Quran Yarışları 2014-cü ilin mart ayında keçiriləcəkdir.

Küveytin İslami İşlər və Vəqflər Nazirliyi bütün Quransevərlərdən dəvət etdi ki, yarışlara qatılmaq istəyənlər 2014-cü ilin mart ayının əvvəlinə qədər yarışların təşkilatçılarına müraciət etsinlər.    

1351182

captcha