İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Əl-Cəzirə” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Almaniyanın Bayren əyalətinin “Munix” dövlət kitabxanası Qurani-Kərimin Avropada ən nəfis və nadir əlyazma və qızılla yazılmış nüsxələrinin saxlanıldığı ən böyük mərkəz sayılır. Bu kitabxanada saxlanılan əlyazma nüsxələr dünya şöhrətinə malikdir.
Bu nüsxələrin tarixi miladın 9- cu əsrinə (hq. 3) qayıdır və burada Qurani-Kərimin qızıl əlyazma nüsxələrindən başa, Şərqin digər kitablarının da qədim əlyazma nüsxələri mövcuddur.
Bu xəbər görə kitabxanadakı Quran nüsxələri 51 avroya alınmışdır.
Munix dövlət kitabxanası 1558-ci ildə V Alberştin vasitəsilə təsis edilib və İslami kitab nüsxələrinin qiymətli nümunələri bura gətirilib. Hal-hazırda Şərqin əlyazma nüsxələrindən bu kitabxanada 17 min əsər mövcuddur. Bunlardan 44 mini İslami əlyazma nüsxələr, 175 mini Quran əlyazma nüsxələri və müxtəlif ayələri ehtiva edən səhifələrdir.
Hal-hazırda bu kitabxanada 10 milyon cild kitab və 62 min qəzet və jurnal və 96 min tarixi əlyazma nüsxə saxlanılır.
1353382