IQNA

Mərkəzi Afrika radikal xristianlarının yeni cinayəti: Müsəlmanları diri-diri yandırmaq

8:48 - January 21, 2014
Xəbər sayı: 1361323
Beynəlxalq qrup: Mərkəzi Afrika radikal xristianlarının cavanlarından təşkil olumuş bir dəstə yanvar ayının 19-da müsəlman şəhərlərindən birinə hücum edərək onları döymüş və bir nəfəri diri-diri yandırmışlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alwihdainfo" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Fransa və başqa Afrika ölkələrinin təhlükəsizlik qüvvələrinin Mərkəzi Afrikada olmasına baxmayaraq yenə də radikal məsihi qruplaşmalarının müsəlmanlara qarşı cinayətləri dayanmadan davam edir.

Son xəbərələrə əsasən onlar Bangui və Sugu şəhərlərində əsir götürdükləri iki müsəlmanı diri-diri yandırblar.

Onlar işkəncə verdiyikləri müsəlmanların burun və qulaqlarını kəsir və bunun şəklini çəkərək sosial şəbəkələrdə yayırlar.   

Xəbərlərdə bildirilir ki, Mərkəzi Afrika Respublikasında silahlı xristian qruplaşmaları, ölkədəki gərgin vəziyyətdən qaçmağa çalışan müsləlmanlardan ibarət konvoyu tələyə salıblar.

Onlar pusquya düşən müsəlmanları qətlə yetiriblər.

Xristian qruplaşa üzvləri konvoya əvvəlcə qumbaralar atıblar. Sonra odlu və soyuq silahlarla hücum edərək 22 müsəlmanı öldrüblər.

Qətliamın baş verdiyi ölkənin şimal-qərbindəki Bouar qəsəbəsində, 40 mindən çox müsəlman məscidlərə və kilsələlərə sığınıb.

Bundan başqa paytaxt Banquidə 2 müsəlman vəhşicəsinə öldürülüb. Onların cəsədlərini küçələrdə sürüdüldükdən sonra yandırıblar.

"Uşaqları Xilas Edin" adlı hümanitar təşkilatın rəhbəri Mike McCusker son qətliamla bağlı açıqlama verib.

1360912

captcha